Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünya futbolunda rekord: Futbolçu bir oyunda 21 qol vurdu

 Futbolçu bir oyunda 21 qol vurdu

 

Futbol üzrə İsveç çempionatında dünya rekordu təzələndi

 

Yenixeber.org: “Eskilstuna” – “Estermalm” görüşündə bir futbolçu 21 qola imza atıb.

Belə ki, birincilərin 28:3 hesabı ilə qalib gəldiyi oyunda hücumçu Sebastyan Niqard 21 dəfə qol sevinci yaşayıb.

O, matçdan sonra nəticəsindən özünün də təəccübləndiyini bildirib: “10-cu qoldan sonra hesabı itirmişdim. Matçdan sonra eşidəndə ki, 21 qol vurmuşam, özüm də inanmadım. Birinci divizionda çıxış edən “Erbru”nun futbolçusu – dostum Filip Roqiç mənə zəng edib dedi ki, sabah bütün dünya səndən danışacaq, artıq məşhur olmusan. Bir oyunda 21 qol vurmaq qəribə hissdir. Matçdan bir gün əvvəl əla kef məclisində idim. Sabah hələ içkidən ayılmamışdım, yoxsa 30 qol da vura bilərdim”.

Maraqlıdır ki, rəsmi olaraq bir oyunda ən çox qol vurmaq rekordu iki futbolçuya məxsusdur. Ötən il Cəbəllütariq çempionatında “Kollec Avropa” - “Britaniya XI” qarşılaşmasında birincilərin hücumçusu Pedro Karrion 11 qol vuraraq, 111 illik rekordu təkrarlamışdı. Buna qədər isə futbol tarixi ərzində bir çempionat matçında ən çox qol vurmuş macarıstanlı Yeno Karoli idi. O da 11 dəfə fərqlənmişdi.

Ümumiyyətlə, indiyə qədər cəmi 4 futbolçu 10 qol həddinə çatıb. “Böyük beşlik” ölkələrinin daxili birinciliklərində ən çox qol vurmuş oyunçu isə bir görüşdə aktivinə 7 top yazdıra bilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam