Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Jurnalistlərdən De Byaziyə CAVAB: "Özünü italyan xuliqan kimi..."

 

Futbol üzrə Azərbaycan millisinin Belçika millisinə 0:5 hesabı ilə məğlub olduğu oyundan sonra keçirilən mətbuat konfransnda Milli komandanın baş məşqçisi Canni De Byazinin yerli media qrumlarının əməkdaşlarına qarşı sərt çıxışı birmənalı qarşılanmayıb.

Yenixeber.org: Onun jurnalistləri "axmaq" adlandırması yerli media əməkdaşlarının narazılığına səbəb olub.

Mövzu ilə bağlı idman jurnalistləri ilə əlaqə saxladı.

İxtiyar Əsgərov: Axmaqlıq iki cür olur, sakit və hay-küylü - Byazi ikinci variantı seçdi

”Matç.az” saytının baş redaktoru İxtiyar Əsgərovun Bakıvaxtı.az-a dediyinə görə. futbolda belə bir deyim var: qalib heyəti dəyişməzlər: “Əgər milli komandamız Bakıda İsveçi 3:0 hesabı ilə məğlub etdiyi görüşdən 3 gün sonra güclü Belçika qarşısına fərqi heyətlə çıxırsa, deməli, problem baş məşqçidədir. Yəni, start heyətində Coşqun Diniyevi uzun müddətdir zədə səbəbindən “Neftçi”də meydana çıxmayan Eddi İsrafilovla əvəzləmək ən böyük axmaqlıq idi ki, bunu da hansısa idman jurnalisti yox, baş məşqçi Canni De Byazi edib. Həmin Eddi ki, rəqibin ikinci qolunu vurmasına şərait yaratdı, sonra da qırmızı vərəqə alıb, komandamızı azlıqda, və darmadağının əsasını qoydu”.
İ.Əsgərov bildirib ki, Belçika FİFA reytinqində beşinci sıradadır, onsuz da kimsə millimizdən qələbə gözləmirdi. Amma 0:5 hesablı məğlubiyyətə görə cavabdeh baş məşqçidir: “Ağıllı, normal mütəxəssis belə ağır məğlubiyyətdən sonra mətbuatın üstünə gəlməz, jurnalistləri axmaq adlandırmaz, oyundan həmən sonra sakitcə üzr istəyərdi. Amma təəssüflər ki, biz əksini gördük.
İtaliyalı mütəxəssisin millimizdən gedəcəyi çoxdan bəlli idi, bunu özü də bilirdi. Son oyunu idi, sakitcə ayrıla bilərdi. Deyirlər, axmaqlıq iki cür olur, sakit və hay-küylü. Byazi də məhz ikinci variantı seçdi”.

Aydın Bağırov: O, 2-3 tənqidi suala tab gətirə bilmir, komanda yaratdığı barədə nağıl uydurur

"Qol.az" saytının baş redaktoru Aydın Bağırov De Byazinin media nümayəndələrinə qarşı qeyri-etik davranışlarının birmənalı olmadığını deyir. O, Bakıvaxtı.az-a İtalyan mütəxəssisin özünü uşaq kimi apardığını vurğulayır: "Görünür, De Byazi indiyə qədər elə güman edirmiş ki, uğursuz nəticələrə görə bunu tənqid yox, mədh etməli imişlər. O, mətbuat konfransında 2-3 tənqidi suala tab gətirə bilmir, komanda yaratdığı barədə nağıl uydurur, elə hey olmayan inkişafdan dəm vurur. Yaşına, statusuna yaraşmayan ifədələrdən istifadə edir. Sanki 67 yaşlı baba yox, hər şeydən küsən məktəbli uşaqmış kimi, acıq edərək son mətbuat konfranslarını yarımçıq tərk edir”.

A.Bağırov bildirib ki, dünən jurnalistlər barədə dedikləri isə onun peşəkar mövqeyinə, tutduğu vəzifəyə uyğun olmayan fikirlərdir: “De Byazi özünü italyan xuliqanı kimi aparmaqdansa, milli komandanın baş məşqçisi olmasının fərqinə varmalıdır".

Sənan Şəfizadə: De Byazi, sən Azərbaycan millisinə dəvət alanda, bilmirdin hansı komandaya gəlirsən?

ATV televiziyasının İdman şöbəsinin redaktoru Sənan Şəfizadə Bakıvaxtı.az-ın əməkdaşı ilə söhbətində De Byazinin bu şəkildə çıxışlarının qəbuledilməz olduğunu deyir: "Canni De Byazinin Azərbaycan mətbuatına belə münasibəti qəbuledilməzdir. De Byazi dediyi o ifadələrlə, sanki, diqqəti başqa məcraya yönəltmək istəyir. Eyni zamanda öz qeyri-peşəkarlığını göstərir. Yığma komandamızın səviyyəsinə deyir ki, "FIAT"dır. Deyir, biz FIAT-la Ferrariyə qalib gələ bilmərik. "Belçika"nı “Ferrari”yə bənzədir. De Byazi, sən Azərbaycan millisinə dəvət alanda, bilmirdin hansı komandaya gəlirsən? Axı sən bilirdin ki, Azərbaycan millisinin vəziyyəti nə yerdədir. Heç kim ona belə bir səlahiyyət verməyib”.

S.Şəfizadə qeyd edib ki, mətbuat sadəcə olaraq öz işini görür. Oyunla bağlı suallar verir: “Mənə maraqlıdır ki, De Byazi əgər jurnalistlərin tənqidlərinə dözmürsə, Türkiyədə, İngiltərədə çalışsa, nə edər? İngiltərə mediası daha sərtdi, daha tənqididir. Bir məğlubiyyətə görə inanılmaz dərəcədə sərt tənqid edirlər. Orada işləsə nə edərdi?"

S.Şəfizadə yerli media qrumlarının De Byazinin milliyə gələrkən etdikləri təxminlərin özünü doğrultduğunu bildirir: "Ondan fərqli olaraq Azərbaycan jurnalistləri işlərini vicdanla görürlər. Azərbaycan idman jurnalistləri ilk gündən dedilər ki, De Byazi Azərbaycan millisinə yeni heç nə gətirməyəcək. Çox təəssüf ki, bu belə də oldu. Mətbuatımız növbəti dəfə haqlı oldu. Heyif De Byazi ilə olan illərə... Heyif De Byazi və onun komandasına, məşqçi heyətinə xərclənən pullara... Sadəcə olaraq De Byazi Azərbaycan millisini beş il də geri atdı”.

Elçin Cəlilov: Byazinin özünü apara bilməməsi, kobud hərəkətləri nəzərə alaraq onunla yollar ayrılmalıdır

"FutbolPress.az" saytının baş redaktoru Elçin Cəlilov da həmkarı ilə eyni fikirdədir. Onun Bakıvaxtı.az-a dediyinə görə, De Byazinin kobud davranışları onun qeyri-peşəkarlığından irəli gəlir: "Bu, onun qeyri-peşəkarlığından xəbər verir. De Byazinin milli komanda inkişaf etməsi haqqında dediyi fikirlər də absurddur. Bu haqda statistik yazılar da var. Milli komanda təsnifat mərhələsində iki dəfə 5:0-lıq məğlubiyyətə uğrayıb. Top fərqinə baxırsan, katostrafikdir. Düşünürəm ki, De Byazi FIAT - Ferrari müqayisəsi edəndə, bilməli idi ki, hara gedir. Özü də yaxşı bilir ki, Ferrari deyil, FİAT imkanları olan komandaya gedir".

E.Cəlilov milli komandanın De Byazi ilə tez bir zamanda yollarını ayırmalı olduğunu bildirir: "Normalda bir ölkə əcnəbi mütəxəssis dəvət edirsə, deməli, daha yaxşı nəticələr əldə etmək istəyir, nəticələrin daha da yaxşılaşdırılmasını istəyir. Amma biz əvvəlki nəticələrimizin yaxşılaşdığını görmürük. Əksinə, De Byazi haqqında tənqidlər həddən artıq çoxdur. Onun özünü apara bilməməsi, kobud hərəkətləri, yuxarıdan aşağı baxması və bu kimi hərəkətləri nəzərə alaraq onunla yollar ayrılmalıdır".(Bakıvaxtı.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam