Redaktor seçimi
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Günün xəbəri

Klub prezidenti rəqibin paltardəyişmə otağına silahla girdi -FOTO

 

Türkiyə 2-ci liqasında keçirilən “Vanspor” – “Zonquldak Kömürspor” oyunundan sonra qalmaqallı anlar yaşanıb.

Yenixeber.org xəbər verir ki, meydan sahiblərinin prezidenti Feyat Kıyakın qarşılaşmadan sonra qonaq komandanın paltardəyişmə otağına silahla girib. 

Bu barədə Zonquldak klubunun sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Bildirilib ki, F.Kıyak soyunub-geyinmə otağına girərək rəqib futbolçuları təhqir edib, hədələyib. Hətta onun futbolçuları döydüyü də açıqlanıb. 

“Zonquldak Kömürspor”un mətbuat xidmətinin rəhbəri Şükrü Öztürk bildirib ki, zərbələrdən sonra komandanın qapıçısı Egemen Yaylı təcili yardım maşını ilə xəstəxanaya aparılıb. 
“Vanspor”un prezidenti Feyat Kıyak isə iddiaları təkzib edib. O bildirib ki, rəqibin soyunub-geyinmə otağına onları yaxşı oynadıqlarına görə təbrik etmək üçün girib. 

Qeyd edək ki, “Vanspor” qarşılaşmadan 1:0 hesablı qalibiyyətlə ayrılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam