Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

"Şehiçin üstünə çox getmək lazım deyil"

 

“Hər birinizi salamlayıram. Yeni stadionumuzda sizi gördüyüm üçün şadam. Yeni stadionumuzda ilk oyunumuz idi. Ola bilər ki bir qədər həyəcanlı görünürdük.  “Neftçi”yə təşəkkür edirəm. Onlara təbrik düşür".

"Xeberinfo.com": Məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 6-cı turunda "Neftçi" ilə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.

"Öz oyunumuza gəldikdə, ehtimal  ki bəzi oyunçularımız matça tam hazır deyildilər. Bunun fonunda nəticədən razıyam. Biz Gəncədə şahid olduq ki, çempionatda asan oyun yoxdur. Odur ki, matçlarda qazanılan hər bir xalın qədrini bilməliyik".

Onun fikrincə, “Anderlext”lə oyuna hazırlaşmaq üçün vaxtları var:

"Şehiçin səhvinə normal yanaşmaq, onun üstünə çox getmək lazım deyil. Çünki dünyanın 1 nömrəli qapıçıları da belə səhvlər edirlər. Bəzən olur ki, hücumçu 1 metrdən qol vura bilmir, bəzən də qapıçı belə asanlar buraxır. Məncə, Şehiç öz üzərində çalışan qapıçıdır. Gələcək oyunlarda daha diqqətli  davranacağına ümidvaram".

Q.Qurbanov hər bir ölkədə limitlə bağlı dəyişiklik olduğunu vurğulayıb:

" Hər uğursuz oyundan sonra legionerlərin azlığını qabartmaq olmaz. Mən əlimdə olan hər bir oyunçuya güvənirəm. Bəli, bəzən limitə görə orta sahədə tam istədiyim dəyişikliyi edə bilmirəm. Sadəcə onu deyim ki, hazır olan futbolçunu meydançaya buraxıram”.

 

Qol.Az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam