Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Oyuna ciddi yanaşdıq və nəticə qazandıq” - Qurbanov

 

Topaz Premyer Liqasında 5-ci turun qarşılaşmaları davam edir.

"Xeberinfo.com":   Məlumata görə, "Qarabağ" səfərdə "Kəpəz"i 3:2 hesabı ilə məğlub edib.

Gəncə şəhər stadionundakı arşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:

“İlk növbədə “Kəpəz”ə uğurlar arzu edirəm. Həqiqətən də tərifəlayiq futbol oynadılar. Düşünürəm ki, gələcəkdə daha yaxşı nəticələr əldə edəcəklər. Şahin müəllimə uğurlar diləyirəm. Mənim Gəncə şəhərinə başqa cür sevgim var. Bu qədim şəhər həmişə maraqlı hadisələrlə yadda qalıb.

Şadam ki, Gəncədə yenə futbol var. Azarkeşlər həm məni, həm də komandamı çox yaxşı qarşıladılar. Hesab edirəm ki, “Kəpəz” Avropa Liqasında oynamağa qadir komandadı. Öz komandama gəldikdə, hər bir oyunçuya təşəkkür edirəm. Ağır səfərdən sonra qayıdıb, qələbə qazandıq. Bir araya gəlib, oyuna ciddi yanaşdıq və nəticə qazandıq”.

qafqazinfo.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam