Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Böyük Dəbilqə:Azərbaycanın 4 cüdoçusu bu gün mübarizə aparacaq

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

Yenixeber.org:  Yarışın ikinci günündə Azərbaycanın 4 cüdoçusu iki çəki dərəcəsində mübarizə aparacaq.

Onların hər biri 1/16 finaldan yarışa qoşulacaq.

73 kq çəkidə Telman Vəliyev Baham adalarından olan Andrev Manninqslə, Rəşid Məmmədəliyev isə Türkmənistan idmançısı Parahat Nazarovla üz-üzə gələcək.

81 kq çəkidə Zelim Tçkayevin ilk rəqibi bəhreynli Askerbiy Qerbekov olacaq. Həmin çəki dərəcəsində yer alan Məhərrəm İmamverdiyev isə almaniyalı Tim Qramkovla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan millisinin heyətində yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam