Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Cüdo: İki idmançımız 1/8 finalda - CANLI YAYIM

 

"Xeberinfo.com":   100 kq çəkidə Azərbaycanı təmsil edən Elxan Məmmədov 1/16 finalda Zlatko Kumriçlə (Xorvatiya) qarşılaşıb. İdmançımız ippon fəndiylə təmiz qələbə qazanıb. O, 1/8 finalda Lukas Krpaleklə münasibətinə aydınlıq gətirəcək.

 
12:18
 
+100 kq çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşıb və döyüşünü qələbə ilə bitirib. O, görüşün başa çatmasına 57 saniyə qalmış rəqibini ippona salıb. Cüdoçumuz 1/8 finalda gürcüstanlı Levani Matiaşvilini sınağa çəkəcək.

 

11:55

 

Bakı 2015 I Avropa Oyunlarında cüdo yarışları davam edir. Bu gün daha 5 çəki dərəcəsində idmançılar mübarizə aparacaq.

 

Məlumata görə, bu gün 5 cüdoçumuz tatamiyə çıxacaq. Amma bir çəkidə (qadınlar, +78 kq) Azərbaycan təmsilçisi çıxış etməyəcək. Əvəzində

bir çəki dərəcəsində iki idmançı ilə təmsil olunacağıq.

 

Cüdo

 

27 iyun

 

Kişilər

90 kq

Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulacaq. Qurbanov bu mərhələdən yarışa qatılacaq portuqaliyalı Çelio Diasla qarşılaşacaq. Görüş saat 13:00-da başlayacaq.

 

100 kq

Bu çəkidə Azərbaycanın iki güclü cüdoçusu çıxış edəcək. Öncə mübarizəyə Elxan Məmmədov qoşulacaq. Dünya çempionumuz saat 12:24-də 1/16 final görüşünə çıxacaq. 33 yaşlı idmançımızın rəqibi özündən 12 yaş kiçik olan Zlatko Kumriç (Xorvatiya) olacaq.

 

Bayraqdarımız Elmar Qasımov isə 1/16 finalı azarkeş qismində keçirəcək və növbəti mərhələdəki rəqibini gözləyəcək. O, 1/8 finalda Jorje Fonseka (Portuqaliya) – Qriqori Minaşkin (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan millisinin kapitanının görüşü 13:54-ə təsadüf edəcək.

 

+100 kq

Bu çəkidə ölkəmizi təmsil edəcək Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşacaq. Təmsilçimiz saat 12:06-da başlayacaq bu görüşü qalib kimi tamamlaya bilsə, növbəti mərhələdə gürcüstanlı Levani Matiaşvili sınağına çıxacaq.

 

Qadınlar

78 kq

Qadınların yarışında mübarizə aparacaq Günel Həsənli 1/16 final mərhələsində özündən qat-qat təcrübəli cüdoçu ilə görüşəcək. 18 yaşlı idmançımız dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etmiş Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək. O, saat 12:42-də startı veriləcək görüşdən qalib ayrılarsa, 1/8 finalda London Olimpiya Oyunlarının bürünc mükafatçısı və dünya çempionu titulu olan Odrey Seumeoya (Fransa) rəqib olacaq.

 

Qeyd edək ki, cüdo yığmamızın aktivində 1 gümüş medal var. 60 kq çəki dərəcəsində Orxan Səfərov finalda məğlub olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam