Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

I Avropa Oyunlarında Azərbaycanın uğurları

 

Möhtəşəmliyi ilə hələ uzun müddət yaddaşlarda qalacaq Bakı 2015 ilk Avropa Oyunları yekunlaşdı

"Xeberinfo.com":   Əminliklə demək olar ki, Oyunlara ev sahibliyi edən Azərbaycan qitənin idman tarixinə yeni bir səhifə yazmağı bacardı.
Lakin Azərbaycan Oyunlarla əlaqədar yalnız mükəmməl təşkilatçılığı ilə yox, həm də idmanda qazandığı nailiyyətlərə görə fərqlənməyi bacardı.
Medal cədvəlində fəxrli yer
Qürurla qeyd etmək lazımdır ki, ümumi nəticələrə görə Azərbaycan ölkələrin medal cədvəlində fəxrlə 2-ci yerdə qərarlaşdı.
Azərbaycan idmançıları Oyunlarda keçirilmiş bütün yarışlarda təmsil olunublar. Bakı 2015-də baş tutan yarışlarda ümumilikdə 291 azərbaycanlı idmançı çıxış etdi.
Ölkəmizi təmsil edən atletlər 12 idman növündə medallara yiyələndilər. Bakı 2015 ilk Avropa Oyunlarında Azərbaycan ümumilikdə 56 medal qazandı. Bunlardan 21-i qızıl, 15-i gümüş və 20-si bürüncdür.
Ən yaxşı nəticə göstərdiyimiz oyunlar
Azərbaycanın ən yaxşı nəticə göstərdiyi idman növləri - boks, karate, güləş və taekvondo oldu.
Azarkeşlərin daha çox maraq göstərdiyi güləş yarışlarında idmançılarımız gözləntiləri doğrultdular. Belə ki, Azərbaycanın ən çox medal qazandığı idman növü məhz güləş oldu.
Nəticələrə görə, Avropa Oyunlarında ev sahibini təmsil edən güləşçilər 6-ı qızıl, 2-i gümüş və 7-i bürünc olmaqla ümumilikdə 15 medala sahib oldular. Qeyd edək ki, Azərbaycan güləşdə aldığı medalların sayına görə də Rusiyadan sonra 2-ci yerdə qərarlaşıb.
Azərbaycan Avropanın ən güclüsü oldu
Ən çox medal əldə etdiyimiz ikinci idman növü isə boksdur. Bu idman növü üzrə yarışlarda Azərbaycan digər ölkələrə nisbətən ən çox medala yiyələndi və Avropanın ən güclüsü adına layiq görüldü: 6-ı qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla ümumilikdə 11 medal. Beləliklə, Azərbaycan boks üzrə göstəricilərinə görə medal cədvəlində 1-ci pillədə qərarlaşdı.
Digər oxşar nəticə taekvondo və karate yarışlarında da əldə olundu. Taekvondo növü üzrə yarışlarda Azərbaycan rəqiblərindən daha çox mükafat qazanaraq cədvələ liderlik edir: 3-ü qızıl, 1-i gümüş və 1-i bürünc olmaqla 5 medal.
Karate üzrə yekun yarış cədvəlində birinci yerdə olan Azərbaycanın təmsilçiləri 4 qızıl və 2 bürünc qazandılar.
Ölkəmizin fərqləndiyi digər döyüş idman növü sambodur ki, burada da idmançılarımız 4 qızıl medalı ölkədə saxlamağı bacarıblar.
Medalların idman növlərinə görə sıralanması:
Güləş: 6 qızıl, 2 gümüş, 7 bürünc – 15 medal
Boks: 6 qızıl, 1 gümüş , 4 bürünc - 11 medal
Karate: 4 qızıl, 2 bürünc – 6 medal
Taekvondo: 3 qızıl, 1 gümüş, 1 bürünc – 5 medal
İdman gimnastikası: 1 qızıl, 2 gümüş, 2 bürünc - 5 medal
Cüdo: 1 qızıl, 2 gümüş, 1 bürünc – 4 medal
Sambo: 4 gümüş
Avarçəkmə: 1 gümüş
Bədii gimnastika: 1 gümüş
Qılıncoynatma: 1 gümüş, 1 bürünc
Batut gimnastikası: 1 bürünc
Triatlon: 1 bürünc
Azərbaycanın uğurlarından söz açarkən, idman gimnastikası və triatlon yarışlarının nəticələrini də qeyd etmək lazımdır. Belə ki, Oleq Stepko idman gimnastikasının müxtəlif kateqoriyaları üzrə apardığı mübarizədə 1-i qızıl, 2-i gümüş və 2-i bürünc olmaqla tək başına 5 medal qazandı. Medallardan 1 bürünc Eldar Səfərov və Petro Paxnyukla birlikdə komanda şəklində əldə olunub. Azərbaycan gimnastikanın bütün növləri üzrə isə ümumilikdə 7 medal qazandı.
Azərbaycanın triatlon yarışında 3-cü yerə çıxaraq bürünc medal əldə etməsi ölkə adına yüksək sıçrayış kimi qiymətləndirildi. Eyni zamanda, avarçəkmədə hələ yeni olan azərbaycanlı idmançılar bu idman növü üzrə də medalsız qalmadılar. Belə ki, Azərbaycanın medallar sırasını avarçəkmədə əldə olunan 1 gümüş də bəzəyir.
AZƏRBAYCANLI MEDALÇILARIN SİYAHISI
QIZIL MEDAL SAHİBLƏRİ:
Oleq Stepko (İdman gimnastikası)
Firdovsi Fərzəliyev (Karate)
Rafael Ağayev (Karate)
Ayxan Mamayev (Karate)
Pərviz Bağırov (Boks)
Ayxan Tağızadə (Taekvondo)
Elvin Mürsəliyev (Güləş)
Toğrul Əsgərov (Güləş)
Rəsul Çunayev (Güləş)
Xetaq Qazyumov (Güləş)
Mariya Stadnik (Güləş)
İrina Zaretska (Karate)
İlham Zəkiyev (Cüdo)
Milad Beiqi Harçeqani (Taekvondo)
Radik İsayev (Taekvondo)
Abdulqadir Abdullayev (Boks)
Albert Səlimov (Boks)
Teymur Məmmədov (Boks)
Kollazo Sotomayor (Boks)
Elvin Məmişzadə (Boks)
Anjela Doroqan (Güləş)
GÜMÜŞ MEDAL SAHİBLƏRİ:
Oleq Stepko (İdman gimnastikası – 2 medal)
Marina Durunda (Bədii gimnastika)
Xaybula Musalov (Boks)
Sabahi Şəriəti (Güləş)
Səbinə Abdullayeva (Cüdo)
Valentin Demyanenko (Avarçəkmə)
Fəridə Əzizova (Taekvondo)
Orxan Səfərov (Cüdo)
Rafiq Hüseynov (Güləş)
Sevil Bünyətova (Qılıncoynatma)
Amil Qasımov (Sambo)
İslam Qasumov (Sambo)
Vasif Səfərbəyov (Sambo)
Nəzakət Xəlilova (Sambo)
BÜRÜNC MEDAL SAHİBLƏRİ:
Oleq Stepko (İdman gimnastikası – 2 medal, fərdi və komanda)
Sevinc Bünyətova (Qılıncoynatma)
Niyazi Əliyev (Karate)
Həsən Əliyev (Güləş)
İlahə Qasımova (Karate)
Cəbrayıl Həsənov (Güləş)
Hacı Əliyev (Güləş)
Rostislav Pevtsov (Triatlon)
Elman Muxtarov (Güləş)
Ruslan Dibirhacıyev (Güləş)
Məhəmmədrəsul Məcidov (Boks)
İlya Qrişunin (Batut gimnastikası)
Patimat Abakarova (Taekvondo)
Yana Alekseyevna (Boks)
Anna Əlimərdanova (Boks)
Natalya Sinişin (Güləş)
Cəmaləddin Maqomedov (Güləş)
Petro Paxnyuk (İdman gimnastikası-komanda)
Eldar Səfərov (İdman gimnastikası-komanda)
Tayfur Əliyev (Boks)
Zakir Mislimov (Cüdo)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam