Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Milli Olimpiya Komitəsinin 30 illiyi qeyd olunacaq -VİDEO

 

Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi ərəfəsində müasir quruluşda hazırlanmış Olimpiya Himni yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Yenixeber.org: İlk dəfə 2002-ci ildə baş prodüser Elnur Kələntərov tərəfindən MOK-un 10 illiyi münasibətilə yaradılan və bəstəkarı Eldar Mansurov olmuş himn 20 il sonra Yaşar Baxış tərəfindən müasir üslubda aranjiman edilib.

6 ay davam edən layihədə Himn əməkdar artist Tünzalə Ağayeva, İlhamə Qasımova, Lamiyə Kərimova (Rast qrupu), Rəvanə Əmiraslanova, Zamiq Hüseynov, Ayaz Qasımov, Nadir Rüstəmli və Elnur Kələntərovun ifasında səsləndirilib. Olimpiya stadionunda tanınmış idmançıların və azarkeşlərin iştirakı ilə həyata keçirilən klip çəkilişlərinə artıq yekun vurulub. Ən son qrafik dizayn həlləri və müasir çəkiliş üslubları ilə hazırlanan Olimpiya Himninin klipində ən mötəbər idman yarışlarında parlaq qələbələri ilə üçrəngli bayrağımızın dalğalanmasına vəsliə olan idmançılarımızın arxiv kadrlarından istifadə edilib.

Olimpiya Himninin layihə rəhbəri Elnur Kələntərov, rejissoru Elvin Əhmədoğludur.

Olimpiya Himninin yeni üslubda hazırlanan musiqisi və klipi 11 noyabrda Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbirdə təqdim ediləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam