Bugünlərdə redaksiyamıza Göyçay şəhəri, M. Hüseynzadə küçəsi, bina-29, mənzil-14 ünvanında yaşayan Musayev Rauf Rafayıl oğlunun və digər zərərçəkmiş şəxslərin, o cümlədən Musayev Rafayıl Abdul oğlunun, Cəbrayılova Gülşən Zeynəddin qızının, Cəbrayılova Şəhla Zeynəddin qızının, Musayeva Gülnar Rəfayıl qızının, Musayeva Kəmalə Kamal qızının, Məmmədova Ülviyyə Kamal qızının, Daşdəmirov Mürsəl Cavid oğlunun, Azərbaycan Respublikasının Daxili İşlər Naziri, polis general-polkovniki cənab Vilayət Eyvazova yazmış olduqları şikayət ərizəsinin bir surəti daxil olub.
Yenixeber.org: Şikayətçi şəxslər ərizələrində qeyd edirlər: “Göyçay rayon sakini, hal-hazırda Bakı şəhərində yaşayan Kərimova Rəvanə Çingiz qızı 2019-2020-ci illər ərzində hər birimizin etibarından sui-istifadə edərək bizi aldatmış və küllli miqdarda pullarımızı dələduzluq yolu ilə ələ keçirərək mənimsəmişdir. Rəvanə Kərimovanın etdiyi dələduzluq əməlləri ilə bağlı 2020-ci ilin sentyabr ayında Bakı şəhər Prokurorluğuna rəsmi qaydada şikayət ərizəsi göndərdik. Çox keçmədi ki, ərizəmiz Bakı şəhəri, Nizami RPİ-nə göndərildi və Rəvanə Kərimovanın qol qoyduğu dələduzluq əməllərinin aşkara çıxarılması, onun bu yöndə atdığı addımlara hüquqi qiymətin verilməsi üçün, iş materialları RPİ-nin baş müstəntiqi Rzayev Vüsal Rafiq oğlunun icraatına verildi.
Qeyd edək ki, bizə qarşı dələduzluq əməllərinə qol qoymuş Rəvanə Kərimovanın qardaşı, hansı ki, Göyçay rayonunun Füzuli küçəsində yaşayan və yerli sakinlər arasında dolaşan söz-söhbətlərə görə, özünü kriminal aləmin üzvülərindən biri hesab edən Həbibbəyli Əbülfəz Çingiz oğlu, son bir ildə bizə qarşı müxtəlif vaxtlarda dəfələrlə hücumlar etmiş, işlədiyimiz mağazada, həmçinin mağazanın qarşısında xuliqanlıq əməllərinə qol qoymuş, konkret olaraq Musayev Rauf Rafayıl oğlunu öldürməklə hədələmişdir. Əbülfəz Həbibbəylinin əməlləri ilə bağlı bir neçə dəfə DİN-nin 102 xidmətinə şikayətlər etsək də, son anda heç bir nəticəsi olmamışdır. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları isə “O, dəlidir və öhdəsindən heç cür gələ bilmirik?” deyirlər. Polis əməkdaşlarının belə bir yanaşmasından ruhlanan Əbülfəz Həbibbəyli, bizdən tələb edir ki, təcili onun bacısı Rəvanə Kərimova ilə bağlı şikayətimizi geri götürək, əks təqdirdə o, Rauf Musayevi qətlə yetirəcək. Bir qədər vaxt keçdikdən sonra Əbülfəz Həbibbəyli belə bir razılıq verdi ki, bacısının ödəməli olduğu pulların müəyyən hissəsini o, ödəyəcək. Bu yöndə müəyyən razılaşmanın əldə olunmasına baxmayaraq, Əbülfəz Həbibbəyli bizə qarşı davam etdirdiyi hücumlarını daha da artırdı və bacısının verməli olduğu pulun müəyyən hissəsini ödəməkdən “vaz keçdi”, hətta bizdən hədə-qorxu ilə 70.000 manat pul da tələb etdi. Verməyəcəyimiz təqdirdə bizi ölümlə hədələdi”.
Şikayətçi şəxslərdən olan Rauf Musayev bildirir ki, “Hal-hazırda 8 nəfərlik ailə üzvülərimiz qorxumuzdan öz evimizdə deyil, başqa bir evdə yaşamağa məcbur olmuşuq. Buna səbəb, Əbülfəz Həbibbəylinin bizlərdən kimisə qətlə yetirəcəyindən ehtiyat etməyimiz olur. Bildirirk ki, Göyçay polisi “o, dəlidir” deyib, bu gün üzərinə düşən vəzifəni yerinə yetirmir, təhlükəsizliyimizi təmin etmir. Ona görə də cənab Vilayət Eyvazova müraciət etmək məcburiyyətində qalmışıq. Belə bir səbəbdən də, ailə üzvlərimizin təhlükəsizliyinin təmin olunması, Əbülfəz Həbibbəylinin törədə biləcəyi cinayət əməllərinin durdurulması üçün, qanunu tədbirlərin görülməsini tələb edirik. Hər kəsə agah olsun ki, çox yaxın günlərdə Göyçay polisi adı çəkilən bu şəxslə bağlı lazımi tədbirlər görməsə, o halda o, bizlərdən kimisə qətlə yetirəcək. Cünki, bizim Əbülfəz Həbibbəyliyə verəcəyəmiz 70.000 manat borcumuz yoxdur. Əksinə onun bacısı Rəvanə Kərimova bizə 77 000 manat pul verməlidir”.
Gundemxeber.az olaraq bu yöndə apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, zərərçəkən şəxslərdən olan Musayeva Gülnar Rəfayıl qızı 2017-ci ilin yay aylarında, əslən Göyçay rayonundan olan Kərimova Rəvanə Çingiz qızı ilə ilk dəfə Göyçayda tanış olur. İlk tanışlıqdan sonra onlar bir-birinin evinə gedib gəlirlər və günlər keçdikcə münasibətləri daha da yaxşılaşır. Belə bir tanışlıqdan sonra Rəvanə Kərimova Gülnar Musayevaya bildirir ki, “Mən Bakı şəhərində “Viplife” firmasında çalışıram və bu firma Nizami rayonu, Q. Qarayev küçəsində yerləşir. Firma tez-tez kompaniyalar həyata keçirir və şərtlər əlverişli olur. Əgər firmaya pul yatrımı qoya bilsən, o halda yaxşı qazanc əldə edə bilərsən” deyib, gələcəkdə həyata keçirəcəyi dələduzluq əməllərinin bünövrəsinin əsasını qoyur. Gülnar Musayeva tanış olduğu həmyerlisi Rəvanə Kərimovaya etibar etdiyindən o, onun dediklərinə inanır və bu işə razı olduğunu da bildirir, hətta çox keçmir ki, ona hissə-hissə olmaqla pul da verir. Gülnar Musayeva bu işə xalası oğlu Mürsəl Daşdəmirovu, qardaşı Rauf Musayevi, dayısı qızı Ülviyyə Məmmədovanı da cəlb edir. Gələcəkdə Rəvanə Kərimovanın hansı fırıldaq əməllərinə qol qoyacağından xəbərsiz olan Gülnar Musayeva, 16 mart 2020-ci il tarixdə Ucar rayonunda ona 10 000 manat, iyul ayında Bakı şəhərinin Nizami rayonunda 10 000 manat, avqust ayında Nizami rayonunda 15 000 manat, 3-4 gündən sonra isə əlavə 15 000 manat pulu şəxsən Rəvanə Kərimovanın özünə verir. Bundan əlavə, Gülnar Musayevanın bu işə cəlb etdiyi şəxslər isə “Xalq Bank” vasitəsilə 193 688 manat, “Milion” vasitəsilə 100 000 manata kimi pulu Rəvanə Kərimovaya və ona bağlı olan şəxslərə göndərirlər. Düzdür, bir qədər vaxt keçdikdən sonra Rəvanə Kərimova gəlir əldə olunub adı altında, həmin şəxslərə 150 000 manat pulu bank və köçürmələr vasitəsilə geri qaytarır, qalan pulları isə vermir.
Bundan əlavə, zərərçəkən şəxslərdən olan Rauf Musayev 2019-cu ilin avqust ayından 2020-ci ilin avqust ayına kimi Rəvanə Kərimovaya və ona yaxın olan şəxslərin hesablarına “Xalq Bank” və “Milion” vasitəsilə 199 935 manat pul köçürmüş, 2020-ci ilin iyun ayında 600 manat, avqust ayında isə 800 manat pulu Q. Qarayevdəki ofisdə əlbəəl onun özünə verir. Həmin vaxtlarda Rəvanə Kərimova bank və köçürmə vasitəsilə hissə-hissə olsa da, Rauf Musayevə 143 900 manat pul qaytarır. Beləliklə, onun 56 035 manat pulunu ələ keçirib mənimsəyir. Digər zərərçəkən şəxs Mürsəl Daşdəmirov da, bu şəxslərin oxşar taleyini yaşayır. Yəni, Rəvanə Kərimova müxtəlif yollarla bu şəxsin 101 540 manat pulunu ələ keçirib, ona 77 150 manat pul qaytarsa da, yerdə qalan 24 390 manat pulunu mənimsəyir. Ülviyyə Məmmədova adlı zərərçəkən şəxsin isə, müxtəlif yollarla 41186 manat pulunu ələ keçirən Rəvanə Kərimova, ona cəmi 7000 manat pul qaytarsa da, yerdə qalan 34 186 manat pulunu mənimsəyə bilir.
Məsələnin maraqlı və təəccüb doğuran tərəfi ondan ibarətdir ki, bir neçə nəfər şəxsin, yəni Gülnar Musayevanın, Mürsəl Daşdəmirovun, Rauf Musayevin və Ülviyyə Məmmədovanın müxtəlif adlar adı altında külli miqdarda pullarını ələ keçirib mənimsəyən Kərimova Rəvanə Çingiz qızına, hələ də bir kimsə “qaşın üstə qara var” demir. Bu şəxsin hüquqi məsuliyyətinin nədən ibarət olduğu ona izah olunub, barəsində lazımi cəza tədbiri görülmür. Adı çəkilən bu şəxsin lazım olduğu cəzaya məhkum olunmaması, birbaşa yeni dələduzların meydana çıxması ilə nəticələnir. Bu da o deməkdir ki, ölkəmizin hüquq-mühafizə orqanlarında çalışan və baş verən dələduzluq əməllərinə seyrçi münasibət bəsləyən bəzi vəzifə sahibləri, bu gün qanunu şah deyil, şahı qanun deyə qəbul edirlər. Bu məsələ ilə bağlı hansı vəzifə sahibinin hansı mövqedən çıxış etməsinə baxmayaraq, inanırıq ki, məqalənin yayımlanmasından sonra daxili işlər naziri cənab Vilayət Eyvazov, dələduzluq əməllərinə qol qoyan Rəvanə Kərimovanın atdığı addımlara hansısa maraqlar çərçivəsində göz yuman polis əməkdaşının fəaliyyətinin araşdırılmasını diqqətdə saxlayacaq və problemin həlli yöndə aidiyyatı üzrə lazımi tapşırığını da verəcək.
Mövzuya qayıdacağıq.(GundemXeber.Az)