Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Zirə"nin qapıçısı: -"3 kobud səhvə görə 5-6 xalımız itirilib"

Zirənin qapıçısı: 3 kobud səhvə görə 5-6 xalımız itirilib

"Hakimlərin diqqətli olmağını istəyərdim. Buraxdıqları səhvlər bütövlükdə oyunların nəticəsinə təsir edir".

Yenixeber.org: Bunu "Zirə"nin qapıçısı Mehdi Cənnətov hakim qərarları barədə danışarkən deyib.

29 yaşlı qolkiper bildirib ki, çempionat təzə başlasa da, onlara qarşı artıq 3 kobud səhvə yol verilib: "Bu səhvlərə görə təxminən 5-6 xalımız itirilib".

Cənnətov "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın IV tur matçında özünə qarşı qayda pozuntusu olduğunu söyləyib: "Küncdən gələn topa birinci qalxmışdım. Topu tutmuşdun, amma oyunçu sürətlə mənə dəydi və başla əlimə zərbə endirdi. Hətta topun trayektoriyasından da qayda pozuntusunu görmək mümkündür. Bütün bunlar hakimin gözü qarşısında baş verdiyi halda onun niyə belə qərar qəbul etdiyini anlamıram. Referi qolu sayır və rəqibin topa oynadığını bildirir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam