Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“Güclü dollar güclü Amerika deməkdir”

 

“Kral Dollar qayıdır,” iqtisadçı Larry Kudlow müşahidə edir. “Bəlkə çoxları diqqət yetirmir, amma 1990-cı illərdən bəri ilk dəfədir ki, dollar ardıcıl şəkildə qalxmaqda davam edir. O, avronu, yeni və başqa valyutaları sürətlə ötməkdədir. İnvestorlar Amerika iqtisadiyyatına etimad göstərirlər.”
"Xeberinfo.com":   Əlbəttə, dolların məzənnəsi ilk növbədə ABŞ iqtisadiyyatının sağlamlığının barometridir. Prezident Ronald Reyqanın dediyi kimi, “Güclü dollar güclü Amerika deməkdir.” Ötən əsrdə qlobal ticarətin standard pul vahidinə çevrilmiş dolların mövqeyi tarixən möhkəm olub. Çin, Hindistan, Braziliya kimi iri ölkələrdə bazar iqtisadiyyatının inkişafı rəqabəti qızışdıra bilər, amma həlledici üstünlük hələ də Qərbdə, konkret olaraq ABŞ-da qalır.
Larry Kudlow hazırkı trendin nə qədər davam edəcəyinə əmin olmadığını etiraf edir. Amma Wall Street Journal son 17 ildə ilk dəfədir ki, dolların doqquz həftə ardıcıl qalxmasını nikbin əlamət kimi qiymətləndirir.
“Dolların qüdrətinin ilk təsiri ABŞ səhmlərinə və qiymətli kağızlarına təlabatın artmasıdır. Amma dolların qalxması həm də inflyasiyanın qarşısını alır və səhm bazarlarında Amerikanın başqa millətlərlə müqayisədə öncül mövqedə olduğuna işarə edir,” Kudlou izah edir.
İqtisadçının sözlərinə görə bəziləri dollara yalnız başqaları ilə müqayisədə nisbətən daha az çürük valyuta kimi baxa bilər. Amma bu, səlis baxış olmazdı. Belə ki, dolların qalxımı təkcə başqa valyutalarla müqayisədə deyil, qızıla nisbətdə də aydın sezilir. 2011-ci ildə unsiyası $1900-a qalxmış qızıl indi $1200-a düşüb. Yerdə qalan $700 ABŞ valyutasının qazancıdır.
Dolların güclənməsini səhm bazarlarının dinamikası ilə izah etmək olar. Amma fundamental həqiqət dolların əsaslandığı hüquqi sistemin möhkəmliyindədir. Birləşmiş Ştatlar mülkiyyət hüquqlarının, siyasi hüquqların konstitutsional şəkildə əsrlərdir qorunduğu bir ölkədir. Bu isə o deməkdir ki, vətəndaşın var-dövlətinin gələcəyini hansısa diktator, kral, əmir yaxud inqilabi hökumət yox, qanun təminat altına alır. Təsadüfi deyil ki, dünyada ən çox hörmət edilən valyutalar – dollar, yen, avro, funt sterlinq – demokratik dövlətlərin pul vahidləridir.
Siyasi azadlıqlarla iqtisadi rifahın arasındakı təmaslar özünü iqtisadi inkişaf indeksində də açıq büruzə verir. Adambaşı gəlirə görə dünyanın ən varlı ölkələri eyni zamanda dünyanın ən azad ölkələri olur. Azadlıq, qanun aliliyi həm də firavanlıq deməkdir. Dolların səhm bazarında enişi-yoxuşu müvəqqəti ola bilər. Amma güclü dollar demokratik Amerika durduqca mövcudluğunu saxlayır.(Amerikanınsesi.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam