Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Dollar 15 faiz bahalaşacaq”

dollarQlobal investisiya banklarından biri Goldman Sachs Group Inc. dolların mühüm pul vahidləri qarşısında düşməsinin sona çatdığını açıqlayıb.

Xeberinfo.com:   Dollar, ötən həftə gəldiyi bir ilin ən aşağı səviyyəsindən təxminən 1 faiz qalxaraq, ABŞ-da Aprel ayı məşğulluq göstəricisinin yeddi ayın ən zəif artımını göstərməsindən sonra belə yüksəlib. Goldman Sachs dolların bahalaşmasını, bazarın inkişafı və Fed-in faiz artıracağı gözləntiləri ilə əlaqələndirir.

Goldman Sachs-ın valyuta strateqi Robin Brooks, “Dolların yuxarı istiqamətli hərəkət edəcəyi fikrimizi qoruyuruq və gedişat bu səviyyədən daha yüksək olacaq” deyib.

Brooks, ABŞ Mərkəzi Bankı Fed-in pul siyasətini normallaşdırması ilə (faiz artırması ilə) dolların qarşıdakı iki ildə 15 faiz artacağını deyib. Goldman Sachs son aylarda dolların yüksələcəyinə dair bəyanatlar vermiş, lakin proqnozlar hər zaman reallaşmamışdır.

Dollar ötən həftə altı ayın ən böyük yüksəlişini edərək 2016-cı ildəki itkilərini 4.1%-ə endirib. ABŞ dolları, ötən aya qədər ardıcıl üç ay düşmüşdü.

Bloomberg Dollar Spot İndeksi ötən həftə 1.5 faiz artdıqdan sonra, Nyu-York saatı ilə 11:52 etibarilə yüngül dəyişib. ABŞ-ın pul vahidi Yaponiya yeni qarşısında 0.8 faiz yüksələrək 109.17 səviyyəsinə gələrək, 27 Apreldən bəri ən yüsək səviyyəsinə çıxıb. Dollar Avro qarşısında 1.1378 səviyyəsinə gəlib. Ötən həftənin əvvəlində bu məzənnə 1.15-ə çıxmışdı.

Qeyd edək ki, bu il ABŞ Mərkəzi Bankı Fed-in ən azı 2 dəfə faiz artıracağı gözlənilir. Fed faiz artıran zaman adətən Dollar bahalaşır. Dollar bahalaşan zaman neftin qiyməti isə aşağı düşür. Məhz Azərbaycan 2015-ci ildə xaricidə baş verən belə prosesslərə görə 2 dəfə devalvasiyaya gedib. Fed İyundan faiz artırmağa başlaya bilər.

(marja)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam