Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Bəzi kanallar gəncləri barlara çağırır”

 

“Bəzi özəl televiziya və radio kanalları gəncləri işğal altında olan torpaqların təəssübünü çəkməyə yox, barlara çağırır”. 

"Xeberinfo.com":  Məlumata görə, Trend “Azimut” bülleteninə istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov deyib.
Onun sözlərinə görə, əsgərlərin hərbi xidmətlə bağlı məruz qaldıqları ən amansız psixoloji təsir mülki həyatdan və KİV-lərin ordu həyatı, hərbi xidmət barədə yazdıqları yalanlardan irəli gəlir.
Bir sıra hallarda bəzi qüvvələrin ordu ilə cəmiyyət arasında uçurum yaratmaq, ordunun imicini ləkələmək üçün çalışdıqlarını qeyd edən nazirlik rəsmisi özəl TV və radio kanallarını tənqid edib: “Bəzi özəl televiziya və radio kanalları gəncləri işğal altında olan torpaqların təəssübünü çəkməyə yox, restoranlara, barlara çağırır. Mənasız, bayağı şoular təşkil edərək kosmopolit düşüncə və əxlaq tərzini təbliğ edirlər”.
Polkovnik ölkədə vətənpərvərlik tərbiyəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətindən də narazılığını bildirib: “Ölkəmizdə onlarla qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Vətənpərvərlik tərbiyəsi sahəsində bu təşkilatların əksəriyyətinin gördüyü işləri qənaətbəxş hesab etmək olmaz. Halbuki onlar hərbi-vətənpərvərlik klublarının təşkili qayğılarını öz üzərilərinə götürüb bu mühüm işə layiqli töhfələr verə bilərdilər”.
R.Əmirov qeyd edib ki, Vətən qarşısında öz konstitusiya borcunu dərk edən, torpağını, xalqını sonsuz məhəbbətlə sevən əsgər yetişdirmək valideynlərdən, bağça müəllimlərindən tutmuş komandirlərə qədər hər bir şəxsin, bütün humanitar profilli institutların, ictimai təsisatların birgə işidir: “Çox təəssüflər olsun ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin yüksək effektindən danışmaq, bütün problemlərin aradan qaldırıldığını söyləmək hələ tezdir”.
İdarə rəisi orduda nizamnamədən kənar hallarla mübarizə məsələlərinə də toxunub:“Dedovşina” plakatçılıq və şüarçılıq prinsipləri ilə aparılan mənəvi-ideoloji işin mahiyyətindən doğan bir hadisədir. Şəxsiyyətin mənəvi cəhətdən sındırılması, ləyaqətin alçaldılması bütövlükdə totalitar düşüncənin, əxlaq tərzinin mayasında idi. Azərbaycanda da Silahlı Qüvvələr quruculuğunun ilk dövrlərində onun təzahürlərinə rast gəlmək mümkün olurdu. Şəxsi heyətlə aparılan tərbiyə işinin əsas istiqamətləri müəyyənləşdirilərkən hər bir fərdin şəxsiyyətinə və mənlik hisslərinə hörmət edilməsinin vacibliyi ön plana çəkildiyinə görə bu təmayülün qarşısı demək olar ki, alınıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam