Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səhiyyə Nazirliyi də telekanallardan şikayətləndi

 

“Bu gün Azərbaycanın televiziya kanalları bəzi hallarda dərman vasitələrini və özəl müəssisələrin göstərdiyi tibbi xidmətləri qanunsuz reklam edirlər”.

"Xeberinfo.com":  Trend-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli parlamentin İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən iclasında “Reklam haqqında” qanunun müzakirəsi zamanı bildirib.
A.Qədirli qeyd edib ki, dərman vasitələrinin və özəl müəssisələr tərəfindən göstərilən tibbi xidmətlərin reklamına Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən xüsusi komissiya icazə verir: “Dərman şirkəti və ya özəl tibbi klinika Səhiyyə Nazirliyinə müraciət edib reklam olunacaq dərman preperatının və yaxud hansısa xidmətin reklamının mətnini və videoçarxını təqdim edir və komissiya qanuna əsaslanaraq müzakirələrdən sonra rəy verir. Təəssüf ki, televiziya kanalları bu qaydaya çox vaxt riayət etmirlər və reklam təqdim edəndən həmin rəyi tələb etmirlər. Biz Milli Televiziya və Radio Şurasına müraciət etmişik, onların da bu istiqamətdə dəstəyini almışıq və telekanallara müraciətlər olunub”.
Onun sözlərinə görə, belə hallar Səhiyyə Nazirliyinin monitorinq qrupu tərəfindən aşkar edilərkən müdaxilə olunur və bunun qarşısı dərhal alınır.
Dərman preparatlarının qiymətinin tənzimlənməsi məsələsinə gəldikdə isə A.Qədirli bildirib ki, Səhiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə bu məsələyə dair qərar layihəsi hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib: “Hazırda Nazirlər Kabinetində bu məsələ üzərində iş gedir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam