Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Uşaq telekanalı özəl yox, dövlətin himayəsi altında olmalıdır"

 

“Azərbaycanda uşaq kanalını özəl kanal kimi yaratmaq olmaz".

 

"Xeberinfo.com":  Məlumata görə, bunu bu gün "KİV-də qadın və uşaq problemləri" mövzusunda keçirilən dəyirmi masada Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib.

 

MTRŞ rəsmisi uşaq kanalının açılmasını vacib sayıb: "Lakin biz buna hazırıqmı? Bu kanal yaranarsa, onu kadrla təmin edə biləcəyikmi? Hazırda büdcə bu kanalın yaradılmasına imkan vermir. Uşaq telekanalı özəl yox, dövlət büdcəsindən maliyyələşməlidir ki, ona nəzarət edilsin".

 

Qafar Cəbiyev yaxın zamanlarda uşaq kanalının yaradılacağına inandığını deyib. MTRŞ rəsmisi bildirib ki, Şura bəzi məsələlərə loyal yanaşsa da, uşaq hüquqlarının pozulması məsələlərində tele-radio yayımçılarına güzəştə getmir: "Lakin bu məsələ ilə bağlı da problemlər yaranır. MTRŞ bir necə halda uşaq hüquqlarının pozulması ilə bağlı cəza tədbirləri tətbiq edib. Lakin kanallar hüquq müdafiəçiləri, vəkillər tapırlar ki, onlar da uşaqların hüquqlarını deyil, yayımçıların hüquqlarını müdafiə edirlər. Uşaq hüquqları ilə bağlı danışmaq üçün hər adamı ekspert kimi efirə çıxarmaq düzgün deyil".

 

Q.Cəbiyevin sözlərinə görə, telekanallar ailə, qadın, uşaq mövzularına diqqətlə yanaşmalı, müsbət təcrübələri yaymalıdırlar: "Amma bəzən ailə məsələləri həddindən artıq şişirdilir. Ailələrin müsbət təcrübələri bir tərəfdə qalır, mənfi məqamlar qabardılır. Bunlar da əks reaksiya doğurur".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam