Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müdafiə Nazirliyində önəmli təyinatlar

 

Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayev tutduğu vəzifədən azad edilib. 

"Xeberinfo.com":   Məlumata görə, nazir müavini ordu birləşmələrindən birinin komandan müavini təyin edilib. Q. Qarayevin yerinə isə polkovnik Fuad Məmmədov təyin olunub.

Məlumata görə, Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl C. Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasov və Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi, general-mayor Fəxrəddin Cəbrayılov Silahlı Qüvvələrin sıralarından tərxis olunublar.

Azeridefence.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam