Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Nuşirəvan Məhərrəmlidən telekanallara xəbərdarlıq

 

Hesab edirəm ki, bundan sonra televiziya və radio kanallarının rəhbərləri bu çəkindirici səlahiyyətləri öz fəaliyyətlərində nəzərə alacaqlar.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli “Televiziya və radio yayımı haqqında” qanunda MTRŞ-nin səlahiyyətlərini artıran dəyişikliklərə münasibət bildirərkən deyib.
N.Məhərrəmli qeyd edib ki, Şuranın məqsədi telekanallarla mübarizə aparmaq deyil: “Hesab edirəm ki, bu cür dəyişikliklər daha çox ictimai bir sifariş idi. Bilirsiniz ki, son zamanlar özəl televiziya kanallarındakı bir çox verilişlərlə bağlı ictimaiyyətin haqlı narazılıqları var idi. Yəni bu verilişlərdəki bayağılıq, sünilik, şitlik, cəmiyyət üçün nümunə ola bilməyəcək insanların efirdə tez-tez çıxış etməsi, insanlara bu və ya digər məsələlərlə bağlı tövsiyələr verməsi əhalidə ciddi narazılıq doğururdu. Ona görə də bu məsələlərə qarşı Milli Televiziya və Radio Şurası olaraq ciddi müdaxilə edə bilmirdik. Yəni Şuranın belə bir səlahiyyəti yox idi. Burada da bir uyğunsuzluq var idi. Bir tərəfdən, Televiziya və Radio Şurası dövlətin teleradio siyasətinə nəzarəti həyata keçirir, digər tərəfdən isə efirdə verilişlərin məzmununa nəzarət edə bilmir. Ona görə də bu dəyişikliklər tərəfimizdən irəli sürüldü və məsələ öz həllini tapdı”.
O, hesab edir ki, bundan sonra televiziya və radio kanallarının rəhbərləri bu çəkindirici səlahiyyətləri öz fəaliyyətlərində nəzərə alacaqlar: “Yəni hər şey kommersiya maraqları üzərində qurulmamalıdır. Eyni zamanda, əhalinin maraqları nəzərə alınmalıdır”.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər nəticəsində televiziya və radio yayımçılarına qarşı sanksiyaların sərtləşdirilməsi məsələsinə gəlincə, N.Məhərrəmli qeyd edib ki, bu cərimələr də digər səlahiyyətlər kimi çəkindirici xarakter daşıyacaq: “Azərbaycanda bu cərimələrin həcmi o qədər az idi ki, bu barədə danışmağa da dəyməzdi. Xarici ölkələrdə bu sanksiyalar 100 minlərlə ölçülür. Hesab edirəm ki, televiziya və radio kanalları bu məsələni də nəzərə alacaq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam