Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İntihar edən xanəndənin qardaşı ifadəsini dəyişdi

    

İntihar edən xanəndənin qardaşı ifadəsini dəyişdi
“Qardaşım Elçinlə bir dəfə telefon əlaqəsi saxlaya bilmişik. Söhbətimiz zamanı o, qətllə bağlı heç nə demədi. Hal-əhval tutduq, salamat olduğunu dedi”

Yenixeber.org: Bunu Qarabağ kanalında meyiti aşkar edilən xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov deyib.
Onun sözlərinə görə, qardaşı Elçin Hüseynov vəkili ilə söhbətində xanəndə Miryusifin qətlindən xəbərsiz olduğunu söyləyib: "Hazırda Elçinin işini Ağcabədi Rayon Polis İdarəsi araşdırır. Biz onunla hələ də üz-üzə danışa bilməmişik. Bərdə rayon Polis İdarəsində verdiyi izahatla vəkilinə verdiyi izahat bir-birini təkzib edir. Orada qətli etiraf edirdisə, burada isə tamamilə əksini deyir. Düşünürük ki, onu qorxudublar, bəlkə də buna görə ilkin ifadəsində qətldən xəbərdar olduğunu deyib. Biz də bilmirik, hadisə necə olub, günahkar kimdir. Yəqin, araşdırmadan sonra həqiqətlər üzə çıxacaq”.

Qeyd edək ki, avqust ayında xanəndə Novruz Hüseynov yaxın dostu Miryusif Mirizadəni bıçaqla qətlə yetirib, daha sonra isə özünü Qarabağ kanalına ataraq intihar edib. Müəmmalı qətllə bağlı müxtəlif versiyalar səsləndirilib. Məlumata görə, xanəndələr hadisə baş verən gün narkotik maddə qəbul ediblər. Qətllə əlaqədar araşdırma zamanı xanəndə Novruz Hüseynovun qardaşı Elçin HÜseynov polis tərəfindən saxlanılıb. Ona qarşı cinayəti bilib gizlətdiyinə görə iş açılıb, barəsində həbs qətimkan tədbiri seçilib.


(Qətlə yetirilən xanəndə Miryusif Mirizadə)


(İntihar edən xanəndə Novruz Hüseynov)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam