Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Qızını zəncirə vurub tövlədə saxlayan ataya cinayət işi açıldı

zencir

İmişli rayonunda atanın qızını zəncirlədiyi iddiası ilə bağlı cinayət işi başlanıb.

Xeberinfo.com:  Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.

Nazirlikdən bildiriblər ki, İmişli Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu hadisə yerində olub.

Hadisə yeri müayinə olunub və müvafiq ekspertizalar təyin edilib. Hadisədə adı hallanan Cavadxanlı kənd sakini Valeh Məmmədovun və digər kənd sakinlərinin izahatları alınıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Sözügedən olayla bağlı “Xəzər” televiziyası məlumat yaymışdı. Həmin kanalda yayımlanan ‘Bizə danış’ proqramında İmişli rayonunun Cavadxanlı kənd sakini Valeh Məmmədovun qızlarını 8 il tövlədə zəncirləyərək saxladığı ilə bağlı iddiaların əks olunduğu süjet efirə verilmişdi. Həmin proqramda qızlardan birinin soyuqdan vəfat etdiyi, digərinin isə ayaqlarının tutulduğu bildirilirdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam