Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tanınmış reper Elşad Xose barəsində cinayət işi başlanıb- Rəsmi

Tanınmış reper Elşad Xose barəsində cinayət işi başlanıb

 

 

Tanınmış reper Elşad Xosenin polis tərəfindən saxlanılması rəsmən təsdiqlənib

 


 
Yenixeber.org: Bu barədə KİV-də gedən məlumatlarla bağlı sorğunu cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə qeyd edib ki, oktyabrın 27-də Bakı şəhər sakini Oksana Rəsulova Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün saat 01.00 radələrində yaşadığı evdə keçmiş həyat yoldaşı, əvvəllər məhkum olunmuş Elşad Əliyev (Elşad Xose) tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini deyib.
 
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq)  maddəsi ilə cinayət işi başlanılıb, polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib və E. Əliyev saxlanılaraq istintaqa cəlb olunub.
 
İstintaq orqanı tərəfindən hər iki şəxsin ifadələri alınıb, müvafiq ekspertizalar təyin olunub.
 
Məhkəmə tibbi ekspertizası tərəfindən O. Rəsulovanın aldığı xəsarətin yüngül dərəcəli olduğu müəyyənləşib.
 
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam