Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Mənzil tikintisində daha bir biabırçılıq

menzil bina
Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” Yaşayış Kompleksinin sakinləri “İlin Dörd Fəsli” (İDF) MMC-dən şikayətçidirlər.
Xeberinfo.com:  Onlar dövlət başçısına, Vergilər Nazirliyinə və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya müraciət ediblər.
Müraciətdə bildirilir ki, kompleksin tikintisini həyata keçirən “İDF” MMC 8 fevral 2000-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. Qanuni təmsilçisi Hüseynov Elnur Fəxrəddin oğlu, hüquqi ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 593-dür.
Sakinlərin müxtəlif illərdə mənzil aldıqlarını qeyd edərək şəhərcik rəhbərliyi tərəfindən qanunların pozulduğunu iddia edirlər: “Biz sakinlər qanunvericiliyin tələbinə uyğun olaraq Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini təsis etməklə şəhərcikdə idarəetməni öz üzərimizə götürmək istəyirik. Amma tikinti şirkəti olan “İDF” MMC müxtəlif yollarla buna mane olur. Şirkət şəhərcikdə qanunsuz olaraq qurduğu komendant sistemi vasitəsi ilə hər ay sakinlərdən vəsait toplayır. Belə ki, sakinlərdən hər ay mənzilin kvadratmetrinə görə 40 qəpik tələb edir. Halbuki yaxınlıqdakı “Qurtuluş-93” MMC-nin tikdiyi şəhərcikdə bu məbləğ 20 qəpikdir.  Biz sanki öz evimizdə kirayədə qalırıq.
Bu məbləği ödəməkdən imtina edənlərin və ya elektrik enerjisinə görə borcu olanların mənzilinə elektrik verilməsi tikinti şirkəti tərəfindən dayandırılır. Bunun səbəbini soruşanda deyirlər ki, işığı biz veririk, biz də kəsirik.
Sakinlər bu pulu ödəmək imkanları olmadığını bildirdikdə isə onlar təhdid olunur, bu soyuq günlərdə ailə başçıları işdə olarkən işıqlar “İDF” MMC-nin yerli nümayəndələri tərəfindən qeyri-qanuni olaraq kəsilir. Axı bu qeyri-qanuni kommunal ödənişlərinin işıqla hansı əlaqəsi var?
Dövlət başçısının 2009-cu ildə fiziki şəxslərə sayğacların pulsuz paylanması barədə sərəncamı olduğu halda  bizim mənzillərimizə hələ də “Azərişıq” ASC tərəfindən fərdi abonent kimi qeydiyyatdan keçmiş işıq sayğacları verilməyib. Nəticədə mənzillərə “İDF” MMC-nin rəsmi qeydiyyatdan keçməmiş işıq sayğacları qoyulub. “İDF” isə bu vəziyyətdən məharətlə istifadə edərək, sakinləri hər ay kommunal ödənişləri ödəmədiyi təqdirdə mənzillərin işıqlarını dayandırmaqla təhdid edir. “Azərişıq”a şikayət edib problemimizi bildirsək də, heç bir tədbir görmür və ya cavabı belə olur: “Sizin kompleks bizdə qeydiyyatda olmadığı üçün bu məsələyə baxa bilmərik”.
Sakinlər olaraq, eyni problemi su təchizatı ilə bağlı yaşayırıq. Su sayğaclarımız da “Azərsu” tərəfindən qeydiyyata alınmayıb.
Bu məsələni də xüsusilə vurğulayaq ki, kommunal ödənişlər 5 ildən artıqdır “İDF” MMC tərəfindən yığılır və bunun müqabilində qəbz adı altında VÖEN-siz kağız parçaları verilir. Ona görə də indiyə qədər ödədiyimiz kommunal haqların “Azərişıq” və “Azərsu”nun hesabına oturub-oturmadığından əmin deyilik.
“İDF” MMC-nin sakinlərə verdikləri VÖEN-siz kağız parçaları dövlət büdcəsinə daxilolmaların açıq-aşkar mənimsənilməsidir. Bu isə hazırkı böhran şəraitində büdcəyə “İDF” MMC tərəfindən vurulan ağır bir zərbədir.
Onu da bildirək ki, mənzil alarkən qaz, işıq və su sayğacları üçün bizdən əlavə olaraq 700 manat vəsait tələb edilib. Amma mənzilimizə köçəndə bu sayğacları görmədik. Sonradan bizdən işıq sayğacı üçün 60 manat da alındı və quraşdırıldı. Sayğacı da komendat rəhbərliyi qıfılla bağlayıb. Özləri açıb, özləri də bağlayırlar. Sayğaca müdaxilə olunur. Özünü televiziyada bəh-bəhlə reklam edən tikinti şirkəti şəhərciyi hələ də qazla təmin edə bilmir”.
Sakinlər məqsədlərini açıqladılar
 
“Yeni Bakı” Yaşayış Kompleksinin sakinləri Konstitusiyanı, Mənzil Məcəlləsini və Mülki Məcəllənin çoxmənzilli binaların idarəedilməsi ilə bağlı müvafiq maddələrini əldə rəhbər tutaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılmasını qarşılarına məqsəd qoyduqlarını bildirirlər: “Qanunvericiliyə uyğun olaraq yaradılacaq bu Cəmiyyət sakinlərin istəyi əsasında formalaşır, çoxmənzilli binaların idarə edilməsi sakinlərin ixtiyarında olur. Şəffaflığın qorunması baxımından da vergilərin ödənilməsi və dövlət büdcəsinə mütəmadi ödənişlərin aparılmasını qətiyyətli şəkildə icra edəcəyik. Mənzil Tikinti Kooperativindən fərqli olaraq, burada şəffaflıq təmin olunur, qeyri-qanuni ödənişlər tələb edilmir, sakinlər çoxmənzilli binanın idarəedilməsində birbaşa iştirak edirlər”.
Vergilər Nazirliyi şikayətçilərin müraciətini araşdıracaq 
 
Sakinlərin müraciətinə Vergilər Nazirliyi Aparatının rəhbəri, vergi xidməti müşaviri  Əli Həsənov cavab verib: “26.01.2016-ci il tarixli müraciətiniz “İlin Dörd Fəsli” MMC-də (VÖEN 1300526341) yol verilən qanun pozuntuları barədə müraciətinizə (AVİS qeydiyyatı: 26.01.2016-cı il tarixli, 1617010002930800 nömrəli) Vergilər Nazirliyində baxılıb.
Bildiririk ki, Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmaq və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat vermək vergi orqanlarının vəzifəsidir.
Müraciətinizdə vergi ilə bağlı qeyd edilən məsələlər “İlin Dörd Fəsli” MMC-də aparılacaq vergi nəzarəti tədbirləri zamanı nəzərə alınacaq və nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməklə Sizə əlavə məlumat veriləcək”.
Tikinti şirkəti sakinlərin işığını kəsə bilərmi?
 
Bu suala cavab tapmaq üçün internetdə axtarış apardıq. Məlum oldu ki, şirkət rəhbərliyinin bu cəzalandırma üsulu Nazirlər Kabineti 2 fevral 2005-ci il tarixli “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarına ziddir. Qaydaya görə müqavilənin tərəfləri elektrik enerjisi təchizatı müəssisəsi və abonent və digər istehlakçılar olmalıdır. Burdan məlum olur ki, işıq pulunu ödəmədiyinə görə tikinti şirkəti elektrik enerjisinin verilməsini dayandıra və ya müdaxilə edə bilməz.
Tikinti şirkətinin rəhbərliyi sakinlərin iddialarına cavab verdi
 
Məsələ ilə bağlı “İlin Dörd Fəsli” MMC-nin direktor müavini Altay Zeynalovla əlaqə saxladıq. O, sakinlərdən hər ay mənzilin hər kvadratmetrinə görə 40 qəpik tələb edildiyini təsdiqlədi. Amma digər məsələlərdən xəbərsiz olduğu üçün MMC-nin baş mühasibi Ağaşirin Cəlalovla əlaqə saxlamağımızı istədi.
A.Cəlalov bildirdi ki, sakinlərin Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinini təsis etməsi istəyinə şirkət tərəfindən maneə yoxdur: “Yaratmaq istəyirlərsə, yaratsınlar. Bu məsələni birinci dəfə sizdən eşidirik. Şəhərcikdə uşaq bağçası, idman kompleksi, məktəb və digər infrastruktur yaradılıb. Şəhərciyin həyəti işıqlandırılır. Xadimələr təmizlik işi görür. Bağban ağaclara qulluq edir. Bütün bu xidmətləri maliyyələşdirmək üçün biz vəsaiti hardan toplamalıyıq? Bunun üçün onlardan kommunal xidmət haqqı yığılır. İstəmirlərsə, özləri cəmiyyət yaradıb bu işləri görsünlər.
Şəhərcik qazla təmin olunub. Daha dəqiq, 25 binanın mənzillərində qaz var. İkinci mərhələdə digər binalara qaz veriləcək. Binaların ümumi sayı 52-dir. Yaxın günlərdə mənzil sahiblərinə “kupça” da veriləcək. Ağaşirin Cəlalov kommunal ödənişlərə görə sakinlərə verilən qəbzlərdə VÖEN-nin olub-olmaması ilə onda məlumatın olmadığını bildirdi.
(bizimyol)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam