Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

3 oliqarx şirkəti ləğv edilir

 

Oliqarxlara bu və ya digər formada yaxın olan üç şirkət ləğvetmə mərhələsinə daxil olub.

Xeberinfo.com:   Məlumata görə, “Balitor”, “Avion” və “Petrol-Servis” şirkətlərinin ləğv edilməsi barədə “Vergilər” qəzetində dərc edilib.

Hər üç şirkətin direktoru eyni şəxs – Sadiq Əliyevdir. İlk iki şirkət Bakı şəhəri Süleyman Rüstəm, ev 9, m. 4 ünvanında yerləşir. Kommersiya şəxslərin dövlət reyestrinə əsasən, “Balitor” MMC-nin təsisçisi “Solos” MMC-dir. Hər ikisi 2010-cu ildə Kommersiya hüquqi şəxslərin dövlət reyestri ictimaiyyət üçün açıq olanda  təsis edilib. Amma onda da “Solos” MMC-nin təsisçisinin (təsisçilərinin) adı açıqlanmayıb. Amma onun direktoru olan Əşrəf Kamilov ən azı iki holdinqə (Akkord və Synergy Group) nəzarət edir. Onun “AtaBank”, “Bank VTB (Azerbaycan)” və başqa şirkətlərdə də payı var.

“Solos” MMC-nin direktoru vəzifəsi bu gün vakantdır.

Ə.Kamilov bir müddət Vergilər Nazirliyində işləyib.

“Avion” MMC-nin təsisçisi kimi 2009-cu ildə Səid Əliyev çıxış edib. O da  Vergilər Nazirliyində işləyib və Kamilovla biznes münasibətləri olub.

Bu şirkətlərin (“Balitor”, “Avion”) fəaliyyəti barədə heç nə məlum deyil. “Petrol-Servis” 2012-ci ildə Vergilər Nazirliyinin poliqrafiya məmulatının çapı üzrə tenderinin qailibi olub. Müqavilənin qiyməti  61 min 792,71 manat təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam