Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

“Az-Qranata”da işçilərin maaşını kəsdilər

 

“Az-Granata” Ağsu Şirə və Şərab Emalı Zavodunda 50-ə yaxın işçinin əmək haqqı yarıbayarı azaldılıb.

Xeberinfo.com:   Bu barədə virtualaz.org-a zavod işçiləri məlumat veriblər.

Onların sözlərinə görə, bu vəziyyət ötən il dekabrının 21-də manatın ikinci devalvasiyasından sonra yaranıb.

Adlarının çəkilməsini istəməyən zavod işçiləri bidiriblər ki, onlar ay ərzində yalnız 15 gün işləməyə məcbur edilirlər: “Əvvəllər bütün ayı işləyib 280 manat maaş alırdıq. İndi deyirlər ki, 15 gün işləyin, onun maaşını, yəni 140 manat alın, istəmirsinizsə, çıxın gedin”.

İşçilər deyirlər ki, dənizçilər kimi növbə ilə işləyirlər: “15 günlük növbəylə işləyirik. Başqa çarəmiz yoxdur, işsiz, maaşsız qala bilmərik”.

İşçilər deyirlər ki, müdiriyyət onlara səbəb kimi devalvasiyanı göstərib: “Deyirlər ki, səbəb devalvasiyadır. Nə vaxt düzələcəyi bilinmir. İşdən qovulacağımızdan qorxuruq deyə heç yerə şikayət də edə bilmirik”.

Qeyd edək ki, 2011-ci ildən fəaliyyətə başlayan zavodun rəsmi internet səhifəsindəki məlumata görə, burada 180 işçi çalışır.

Vəziyyətə aydınlıq gətirmək üçün zavod rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam