Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Neftçilər imtahan verəcək, keçə bilməyənlər işdən çıxarılacaq

 

“Dövlət Neft Şirkətinin tabeliyində olan Dərin Özüllər Zavodunun əməkdaşları məcburi imtahandan keçirilir. İmtahanda keçid balı toplaya bilməyənlər işdən çıxarılacaqlar”

"Xeberinfo.com":  Məlumata görə, bu barədə virtualaz.org saytına zavodun 8 saylı keyfiyyətə nəzarət laboratoriyasının əməkdaşları məlumat veriblər.
Şikayətçilər dedilər ki, laboratoriyanın 28 işçisindən yalnız 5-6 nəfəri imtahana qatılmağa razı olub: “Dərin Özüllər Zavodu ilə Neft Emalı Zavodu birləşdiriləndən sonra ixtisarlar aparılacağı bildirildi. İndi də deyirlər ki, işdə qalmaq üçün imtahan verməlisiniz. İmtahandan keçə bilməyən işçilər Neft Emalı Zavodunun işçiləri ilə əvəzlənəcəklər”.
İşçilər onu da bildirdilər ki, onlara imtahanlarla bağlı xəbərdarlıq ötən həftə edilib: “Uzun illərdir bu zavodda çalışan işçilər şirkətin İnsan Resursları Departamentində imtahan verəcək. İmtahanda sualları cavablandırmayanlar işdən çıxarılacaqlar. Ona görə də əksəriyyət imtahan verməkdən imtina edib. Amma imtahana girməyən işçilər də ixtisara salınacaq. Ən pisi də odur ki, təqaüd yaşına 2-3 il qalmış işçilərə öz fəaliyyət sahəsindən əlavə suallar da verilir”.
Zavod əməkdaşları müəssisənin qaz və analitika şöbəsinin ləğv edildiyini də dedilər.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə virtualaz.org saytına “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının da məcburi imtahana cəlb edildiyini bildirir: ““Azəriqaz” İstehsalat Birliyinin rayon şöbələrinə də ixtisarlar barədə bildiriş verildi. Sonra həmin bildirişlər geri götürüldü. Bir neçə gün öncə isə “Azəriqaz”da başqa formada ixtisarlar başladı. İşçilərə bildiriblər ki, işdə saxlanılmaq üçün imtahan verməlidirlər. İmtahanlar bütün işçilərə şamil edilir”.
Hüquq müdafiəçisi ixtisarlar və struktur dəyişikliyi zamanı işçilərin imtahana cəlb edilməsinin Əmək Məcəlləsinin 77, 78 və 79-cu maddələrinin tələblərinə zidd olduğunu xatırlatdı.
Dərin Özüllər Zavodundan isə bu məlumatı virtualaz.org saytına şərh etmək istəmədilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam