Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Xanım QHT sədri həbs olundu

 

"Tale" Xeyriyyə Cəmiyyətinin sədri Xuraman Xudiyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək həbs olunub.

"Xeberinfo.com":    APA TV-yə istinadən xəbərə görə, o, özünə məxsus olmayan torpaq sahəsini Qətibə adlı tanışına sataraq, zərərçəkəndən 12 000 dolar almaqla dələduzluq edib. Dediyinə görə, bu işdə tək olmayıb və Qətibəni Bəxtiyar Həsənov adlı tanışının vasitəsilə tanıyıb:


"Zəng elədi ki, "Sədərək"də işləyirəm, burda bir qadın var, 12 min pulu var. Mən o pulu götürürəm, amma 2 aydan sonra qaytaracağam. Dedim, mənə nə verəcəksən? Elə həmin anda arvad zəng elədi ki, pulu qaytar. Mən də Axundov bağında qaytardım ona. Bu da zəng elədi ki, gətirirəm".

Saxlanılan şəxsin sözlərinə görə, əldə olunan puldan çəmi 700 manat ona çatıb. İstintaq Xuraman Xudiyevanın danışıqlarda olmayan torpağın sahibi kimi iştirak etdiyini sübuta yetirib: "700 manat mənə pul verib. Bax, o 700-ün zibilinə düşmüşəm. Qaytarmağa hazıram, lap 6 sot torpağım var, onu da verməyə hazıram".

Polisdən bildirilib ki, adı çəkilən Bəxtiyar Həsənov istintaqa dəvət olunub. O, dindirildikdən sonra dələduzluq əməlinin kimin tərəfindən törədildiyi tam dəqiq bilinəcək.

Xatırladaq ki, Xuraman Xudiyevanın bir neçə il əvvəl eyni maddə ilə həbs olunduğu, lakin şərti cəza alaraq həbsxana həyatı yaşamadığı məlum olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam