Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Qətlə görə 11 il həbs cəzası verilmiş şəxs bəraət aldı

 

İki il əvvəl kirayə qaldığı evin sahibini öldürməkdə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilmiş Polad İsmayılova bəraət verilib.

Yenixeber.org məlumata görə, bu barədə Şəki Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Rövşən Rəfiyevin sədrlik etdiyi hakimlər heyəti müttəhimin cinayəti törətməsinə əsas verən yetərli sübutlar olmadığı qənaətinə gəlib.

Həmçinin müdafiə tərəfinin-vəkil Zabil Qəhrəmanovun ortaya qoyduğu sübutlar məhkəmə üçün yetərli olub. Məsələn: zərərçəkmiş Seyran Əyyubova öldürülən vaxt hadisə yerindən başqa şəxsə məxsus 3-cü qrup qan nümunəsi tapılıb. Vəkilin sözlərinə görə, ekspert isə ovaxtkı rəyində göstərib ki, Polad İsmayılovun qanı ilə həmin qan eyni şəxsə məxsusdur. Əsas ziddiyyət də burdadır. Çünki, P.İsmayılovun qanı 1-ci qrupdur.

Qərara əsasən 50 yaşlı P.İsmayılova bəraət verilib. O, 3 il 10 ay sonra məhkəmə zalından dərhal azadlığa buraxılıb.

Xatırladaq ki, Zaqatala rayon sakini, 61 yaşlı Əyyubova Seyran Şakir qızı  2011-ci ilin fevralında yaşadığı evdə öldürülüb. Faktla bağlı başlanan cinayət işinin üstü 9 il sonra açılıb. İttihama görə, mərhum S. Əyubovanı yaşadığı evdə günlük kirayədə yaşayan İsmayılov Polad Şəmsəddin oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla qətlə yetirib.

İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.(“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam