Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Ceyranbatan gölündə batan gəncin cəsədi hələ də tapılmır

 

Bir həftədir, oğlunun cəsədini axtarır
 
"Xeberinfo.com":   Ceyranbatan Su Anbarında boğulan gəncin cəsədi hələ də tapılmır. Artıq bir həftədir ki, Ceyranbtan su anbarının ətrafında ürək ağrıdan hadisələr baş verir. 
 
AzNews.az xəbər verir ki, itgin düşən gəncin yaxınları aidiyyatı qurumların işə məsuliyyətli yanaşması, səlahiyyətli adamların xüsusi göstərişlər verməsi üçün müxtəlif addımlar atırlar. 
 
Bir neçə gin əvvəl 21 yaşlı gəncin cəsədinin tapılmamasına etiraz edən yaxınlarının Bakı-Sumqayıt yolunu bağladıqları məlumatı verilib. 
 
Maraqlıdır ki, o gündən bəri aidiyyatı qurumlardan hadisəylə bağlı kiçik bir məlumat belə olsun əldə edə mümkün deyil. Qurumlar nədənsə bu hadisəylə bağlı susurlar. FHN-dən bildirilib ki, rəsmi saytda bununla bağlı məlumat var. Məlumat isə sadəcə, Abşeron dənizində bir nəfərin batması və cəsədinin tapılmamasıdan ibarətdir.
 
İtgin düşən gəncin valideyinləri və yaxınları isə qeyd etdiyimiz kimi bir həftədir heç olmasa əzizlərinin cəsədinə qovuşacaqları ümidiylə hər gün axtarışların getdiyi Ceyranbatan Su Anbarının ətrafına yığışırlar. Hayqıraraq həmin gənci səsləyirlər.
 
Hər gün bu mənzərəni seyr edən yaxınlıqda yaşayanların sözlərinə görə, orda çox dəhşətli hadisələr baş verir. Qızmar günəşin altında günlərdi çabalayan qohumlar arasında tez-tez özündən gedənlər, əsəb sarsıntısı keçirənlər olur. Bu görə də hadisə yerində tez-tez təcili yardım maşınları görmək mümkündür. 
 
Ərazi isə polis nəzarətindədir. Faciə sahiblərinin yaxınlığna heç kəs buraxılmır. Ona görə də gəncin necə boğulması barədə dəqiq heç bir məlumat yoxdur. Deyilənə görə o, "Stansiya Sumqayıt" adlanan yerdə Samur-Abşeron kanalına düşüb və su onu Ceyranbatan gölünə gətirb. 
 
Qeyd edək ki, bəziləri gəncin intihar etmək məqsədilə özün kanala atdığını bildirirlər. Onun nişanlı olması, yaxınlarda toyunun olacağı da yayılan xəbərlər içərisindədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam