Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Kənan Yavuz: “Gələn CV-ləri zibilə atıram”

 

“Qapım universitetlərin üzünə bağlıdır”.
"Xeberinfo.com":  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən SOCAR Turkey törəmə şirkətinin rəhbəri Kənan Yavuz qardaş ölkənin ali təhsil müəssisələri barədə sərt fikirlər səsləndirib.
Oxu.Az Hüriyyet qəzetinə istinadən xəbər verir ki, Türkiyənin ali təhsil müəssisələri barədə “gecəqondu universitetləri” ifadəsi işlədən K.Yavuz, sənaye sektoru üçün mütəxəssis tapa bilmədiklərini vurğuladı.
“Gələn CV-ləri zibilə atıram, qapım universitetlərin üzünə bağlıdır”, - deyə, Yavuz bildirib.
Yavuz bildirib ki, ali təhsil müəssisəsi deyilən qurumlar ailələri və uşaqları aldatmaqdan vaz keçməlidir:
“Universitet bitirib ortalıqda qalan milyonlarla gənc var. Aşağı işləri görə biləcək adam tapa bilmirik. Universiteti bitirib əlinə diplom alan “mən nə vaxt müdir olacağam?” deməyə başlayır.
Buradan ali təhsil müəssisələrinə səslənirəm – qarşıdakı üç il də minlərlə peşə ixtisaslı şəxsləri işə götürəcəm. Universitet məzunları üçün isə qapılarım bağlıdır”.
Yavuz təəssüflə qeyd edib ki, universitet məzunlarının CV-lərini baxmadan zibilə atır:
“Ali təhsil müəssisələri tələb edərlərsə, zibilə atdığım universitet məznları CV-lərini özlərinə bağışlaya bilərəm. Onsuz da zibil qutum doludur.
“Ən yüksək işsizlik universitet məzunları arasındadır, çünki hər 10 aşağı vəzifəli iş görən üçün 1 universitet məzununa ehtiyac var. Yaponiya, Koreya və Almaniyadakı möcüzələrin altında bacarıqlı peşə işçiləri və keyfiyyətli universitet təhsili dayanır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam