Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

CAHANGİR HACIYEVİN 50 MİLYONU HARA ÖTÜRDÜYÜ TAPILDI

 

“Dünyamin Xəlilov idarəetmədə dəyişiklik yaratmaqla paketi də başqasına ötürmək istəyib, amma hansısa səbəblərdən buna nail ola bilməyib”

"Xeberinfo.com":   İyunun 8-də Sumqayıtdakı “İnter Textile” Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının növbəti illik ümumi yığıncağı keçirilib. Keçmiş Sumqayıt Trikotaj Fabrikinin bazasında yaradılmış “İnter Textile”nin Azərbaycan Beynəlxalq Bankının sabiq idarə heyətinin sədri Cahangir Hacıyevin biznes-şəbəkəsinə daxil olduğu deyilir və o da bankın milyonlarla kredit borcu ilə yüklüdür.
“Bizim Yol” qəzetinə danışan ASC-nin səhmdarı Vəzir Rəcəbovun sözlərinə görə cəmiyyətin səhmlərinin sayı 765217, nizamnamə kapitalı 1530434 manatdır. 2014-cü ildə alınmış reyestrə görə 89.93 faiz səhm bir şəxsə – Sadıx Murtuzayevə məxsusdur. ASC-nin 121 səhmdarı var. Cənab Rəcəbovun sözlərinə görə, cəmiyyətin idarə heyətinin sədri Şakir Musayev C.Hacıyevin rəhbərlik etdiyi qruplaşmanın üzvüdür və keçmiş bankirlə sabiq deputat Dünyamin Xəlilovu şəbəkəyə daxil olan müəssisələrdə o təmsil edir. V.Rəcəbov:“Yığıncağı idarə heyəti sədrinin müavini İlham Səfərov açıq elan eləmişdi ki, səhmdarlar ona etiraz bildirdilər. Paket sahibi gəlmədiyindən iclasda kvorum olduğu səhmdarlarda şübhə yaratdı. Haradansa paket sahibini təmsil etdiyi barədə bir etibarnamənin kserokopiyasını tapıb gətirdi, amma biz əslini tələb etdik. Ortaya ona səlahiyyət verildiyi barədə sənəd çıxarda bilmədi. Bu da yığıncaqda iştirak edən 40-dan artıq insanın böyük səs-küyünə səbəb oldu. İ.Səfərov bunlara məhəl qoymadı, hələ özü-özünü sədr, mühasibi katib təsdiq edərək gündəliyi müzakirəyə başladı. Səhmdarların da “Murtuzayevin səhmdarların qarşısına çıxmağa üzü olmadığından həmişə kənar adamlar onu etibarnamə ilə təmsil edib”, deyə replika atmaqdan başqa çarələri qalmadı”.

Toxuculuq fabrikinin mənfəətini ABB-nin faizləri “udur”

1ZAYığıncaqda 2014-cü ilin maliyyə yekunları açıqlanıb. V.Rəcəbov: “Qanunla idarə heyəti sədri hesabat verməli idi, amma bu “vəzifə”ni müəssisənin baş mühasibi Səməndər Əliyev üzərinə götürdü. İclasa qanuni don geydirməyə çalışsalar da, qanunsuz yığıncaqda məlum oldu ki, ASC-nin il ərzində xidmət sahələri də daxil olmaqla istehsal edilənməhsulun satışından əldə edilən gəlir 2341615 manat olub. Bunun da müqabilində 2646397 manat xərclənib. Nəticədə müəssisədə 304482 manatlıq mənfi saldo yaranıb, yəni zərərə çıxıb. ASC 60 milyon manat kredit götürüb, onun 50 milyon manatı ABB-dən, 10 milyonu isə Sahibkarlığa Kömək Milli Fondundan alınıb. İl üzrə bank kreditlərinin faizi 856 min manat təşkil edib. Müəssisə banka olan borcunun 20 milyon manatını geri qaytarıb, amma 2 milyon manat xalis mənfəət qarşılığında bu pulu necə və hansı mənbədən qaytardığı da qaranlıqdır. Bəlkə mənfəət 2 milyon yox, 22 milyondur, 2-ni bizə göstərib, qalan 20-ni də banka veriblər? Bu barədə doğru-düzgün hesabat verilmədi. Hazırda ASC-nin banka 30 milyon manat kredit borcu var. Kredit faizi 3-4 faiz təşkil edir. 30 milyon manat vəsaitin tikinti-quraşdırma işlərinə qoyulduğunu bəyan elədilər. Milyon balaca rəqəm deyil, bu pula bir şəhər salmaq olar. Cəmiyyət 3-4 ha ərazidə yerləşir, bu qədər vəsaitin ora qoyulması mümkünsüzdür, uzaqbaşı bütün yenidənqurma, tikinti və avadanlığa 10 milyon manat xərclənər, ya da xərclənməz. Kənardan baxanda orada 30 milyon manatlıq bir iş görülməmişdi, əlavə tikinti aparılmayıb, yalnız təmir, kosmetik işlərə vəsait qoyulub. Tələblərimizə baxmayaraq xərclərin sənədlərini ortaya çıxartmadılar. Sovet dövründə istehsala qoyulan sərmayənin 30 faizi gəlir şəklində geri qayıdırdı. Oradan da ödəmələri çıxanda ən pis alda xalis mənfəət olurdu. 60 milyon manatın heç 30 yox, 10 faizinə ümid etsək qoyulan sərmayədən 6 milyon manat mənfəət olmalıydı. Burada isə milyonlar istehsala yox, binaların tikintisinə qoyulub, ona görə ortada pul yoxdur. Hazırda cəmiyyətin banka borcu 30 milyon, müxtəlif təşkilatlara kreditor borcları da 751 min manatdır. Bu səbəbdən də inanmıram ki, cəmiyyət yaxın illərə sağlamlaşıb ayağa qalxa bilsin. Uzun müddət o krediti qaytarmaq mümkün olmayacaq. Qaytara bilmədiyinə görə də hər il faiz xərcləri üzərinə gələcək. Belə çıxır ki, təşkilat ancaq ABB-nin faizlərini yüksəltmək, ona qazanc gətirməklə məşğul olacaq. Bankın kredit faizi 3 faizdən hesablansa illik 900 min manat, 4 faizdən 1.2 mln manat borc yaranır. İplik, parça istehsal edən cəmiyyətin illik 1 milyon xalis mənfəəti olsa, qazancını ancaq banka kredit faizi ilə kənar təşkilatların borcunu ödəməyə sərf edəcək, kredit isə yerində sayacaq. Çünki müəssisə əsas vəsaiti qaytarmaq gücündə deyil. Adətən cəmiyyət üçün belə vacib məsələlər kiçik səhmdarlarla da razılaşdırılır, amma onlar 10 faiz səhmdarla bunu müzakirəyə lüzum görməyiblər”.

Beynəlxalq Bank “va-bank”a gedib

cahangir haciyev beynelxalq bank istefa azpolitika.info 1Səhmdar hesab edir ki, krediti qaytarmaq üçün cəmiyyət ilk növbədə işləməlidir: “Amma ASC-nin fəaliyyəti gözə çarpmır, İH sədri ortada yoxdur. 20 milyon manat hansı mənbədən qaytarılıb, bu hesabatlarda əksini tapmır. Gərək müəssisənin 20 milyon gəliri olsun ki, o, qaytarılsın, hesabatda cəmi 2 milyon manat gəlir göstərilir. Və həmin vəsaitin hansı şəraitdə qaytarıldığı da maraqlıdır. Bu vəsait “Beynəlxalq Bank işi” ilə bağlı yaxınlarda geri alınıb, yoxsa daha əvvəl, bu barədə bilgi verilmədi. Müəssisədə kimlərinsə həbsinə dair dəqiq məlumatlar yoxdur, amma idarə heyəti sədri, elə Hacıyevin işlərinə nəzarət edən Xəlilovun ortada olmaması bir sıra versiyaları gündəmə gətirir. İclasın sədrinə ASC-nin maliyyə fəaliyyəti ilə bağlı hesabatı təsdiqləyən müstəqil audit rəyinin olub-olmadığı barədə sual verildi. Cavaba görə yalnız vergi auditi olub. Amma tələbimizə baxmayaraq vergi auditinin nəticələrini də səsləndirmədi. Çox müəmmalar vardı, müəyyən məsələləri üzə çıxartmaq istəmir, ört-basdır edirdilər”.
Maraqlıdır ki, üst-üstə 60 milyon manat çox da böyük perspektivi olmayan, ixracatı Türkiyədən uzağa gedə bilməyən bir toxucu fabrikinə ayrılıb, amma qarşılığında ondan biznes-plan tələb edilməyib. Adamlar 30 milyon manatı daşa-divara xərclədiklərini deyirlər, nüfuzlu banklar (heç nüfuzsuzlar da) “ölü kapital”a pul vermirlər. Adicə mikrokreditlərdə belə sahibkarlardan əsaslandırılmış biznes-plan tələb olunur. Burada isə adıçəkilən qurumlar yumşaq desək “başısoyuqluq” ediblər. Adətən borc üçün müraciət olunanda kreditin hansı mənbələr hesabına qaytarılacağı da biznes-planda əksini tapmalıdır. Biznes-planda 30 milyon manatın tikintiyə qoyulduğu yazılsa, normal bank o pulu verməməlidir. Heç yazıldığına inanmıram da. Belə çıxır ki, o qədər vəsait təyinatından kənar xərclənib. Əslində təyinatı üzrə xərclənmiş olsaydı, bütövlükdə istehsala yönəldilsəydi, bu gün zərərə çıxdığını elan etməz, səhmdarlara da gəlirdən dividend verərdi.Nizamnamə kapitalı 1.5 milyon manat olan müəssisəyə hansı girov qarşılığında 50 milyon manat verilib? Hətta iddia etdikləri kimi 30 milyon manatı oraya sərmayə yatırıblarsa belə bank adətən likvid dəyərini əsas götürür. Sabah satışa çıxarılsa, kim o fabrikə 30 milyon manat verər? V.Rəcəbov deyir ki, kredit müəssisəyə başqa maraqlarla, həm də “şapka” hesabına verilib. Yaxşı, 30 milyon manatın tikintiyə qoyulduğu deyilir, amma 20 milyon manatın adı da çəkilmir. 50 milyon manat götürülmüşdü, onun 20 milyonu qaytarılmadan əvvəl mütləq onunla da bir iş görülməli idi. Müəssisə ən yaxşı halda 2,3 milyon manat gəlir yaradıb, bəs 30 milyon manatı neçə ilə verəcək? Hesabat üstörtülü verildiyindən rəqəmlər də mühasibin ağzından çıxıb.

Dünyamin Xəlilovun ASC-ni “aradan çıxartmaq” istəyi alınmayıb

1DTÜmumi yığıncaqda İ.Səfərov maraqlı bir faktı da açıqlayıb. V.Rəcəbov: “Dedi ki, Dünyamin Xəlilov aprelin 28-də ofisində daxili yığıncaq keçirib, ASC-nin idarə heyətinin sədri Ş.Musayevi birdən-birə sədrlikdən uzaqlaşdırıb. 1 ay müəssisə kiməsə həvalə olunub, naməlum adamlar cəmiyyətin binasını zəbt ediblər, həmin müddətdə idarəçilik qeyri-qanuni olub, ASC başsız qalıb. Səhmdarları yığıncağa dəvət bildirişində İH sədri N.C.Qəribovun möhürlü imzası var. Bu adamın kim olduğunu, cəmiyyətlə əlaqəsini axıracan bilmədik. İH sədri də yığıncaqda iştirak etmirdi. Əslində Musayevin vəzifədən çıxarılması cəmiyyətin ümumi yığıncağında təşkilati məsələ kimi qoyulmalı, ondan sonra yeni sədr seçilməliydi. Lakin bu prosedurları etmədən onun yerinə başqası imza atıb. Dediyinə görə kollektivin 800 işçisi ayağa qalxıb, səs-küy qaldırıb, şikayət etdikdən sonra Şakir yenidən vəzifəsinə bərpa olunub. Görünür, Xəlilov idarəetmədə dəyişiklik yaratmaqla paketi də başqasına ötürmək istəyib, amma hansısa səbəblərdən buna nail ola bilməyib. Dünyamin də, Şakir də ABB-nin “adamları”dır, Hacıyevin şəbəkəsinə daxil olan ASC-lərin iclaslarında görünürdülər. Cahangir o qədər pulu kənar yerə verməzdi. Özünün olmasa, bankın ASC-ni tam şəkildə maliyyələşdirməyə nə marağı vardı?”
ABB-dəki hadisələrdən bir il əvvəl “Bizim Yol” qəzeti yazmışdı ki, “İnterTextile”, “Şəki İpək” və “Şəki Kainat” ASC-nin də ssenarisi “Bakı Quşçuluq”unku ilə eynidir, onlar da qəsdən borclandırılır və son nəticədə həmin qaydada ASC-nin ləğvinə, əmlakının isə mənimsənilməsinə gediləcək. Səhmdara görə də indiki vəziyyətdə görünən budur. V.Rəcəbov: “Şakir Musayev “Şəki Bazarı” ASC-də də paket sahibini təmsil edirdi, yığıncaqda yeni idarə heyəti formalaşdırıb getdi. Heç o müəssisənin paket sahibi İsmayıl Hidayətzadə hansı səbəbdən və necə səhm sahibi olduğunu bilmədiyini deyirdi. Adı sadalanan müəssisələrin hamısına iri məbləğdə kreditlər verilib. Bankda bilirdilər ki, bu pullar çətin geri qayıdar. Amma bank da özlərinin olub, müəssisədə, öz aralarında razılığa gəliblər ki, pulu qaytarmasa müəssisəni elə bankın hesabına keçirərik. Dərindən araşdırma aparılsa, bəlkə də o müəssisədə heç 10 milyon manat sərmayə ortaya çıxmaz. Xaricdə belə müəssisələr bankdan kredit götürmürlər, onlar birjada səhmlərinin alqı-satqısını aparır, əldə olunan gəliri istehsal, inkişafa yönəldirlər. Bu yolla banka da borcları olmur”.
Maraqlıdır ki, D.Xəlilov Ş.Musayevi vəzifədən çıxarıb, sonra kiminsə təzyiqi ilə yenidən qaytarıb. Bəlkə də artıq onsuz qaytarıblar: “İlham Səfərov Xəlilova yaxın adam kimi görünmürdü, əksinə onun arxasınca danışırdı. Bu müəssisədə gedən proseslər də ABB-də gedən proseslərin davamıdır. Bir fiqur nə qədər ki, “vurulmayıb”, bütün əməlləri illərdir ört-basdır olunur, baxmayaraq ki, onların işinə müxtəlif dövlət qurumları nəzarət edir. Bankda 50,2 faiz paket sahibi olan Maliyyə Nazirliyindəkilərin guya ABB-də kreditləri sağa-sola payladıqlarından xəbərləri yox idi? Niyə nəzarət etmir, ya da özlərini görməməzliyə vururdular? Onlar bilmirdilər ki, bu kreditlərin çoxu risklidir, perspektivsiz müəssisələrə qoyulur? Burada maraq olub, maraq olan yerlərdə də insanlar susurlar. Xaricdə belə müəssisələrə iri pullar verilmir. Əgər anlasalar ki, bu kiçik gəlirlə kreditin özünü yox, yalnız faizini qaytara bilir, müəssisənin dövlətin nəzarətinə keçməsi sualı ortaya çıxa bilər”.

Azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam