Beynəlxalq Bankın Tikiş fabriki üzərindən şok maliyyə maxinasiyası -ARAŞDIRMA
Xeberinfo.com: Keçmiş Sumqayıt Trikotaj Fabrikinin bazasında yaradılmış "İnter Textile"nin Azərbaycan Beynəlxalq Bankının sabiq idarə heyətinin sədri Cahangir Hacıyevin biznes-şəbəkəsinə daxil olduğu deyilir və o da bankın milyonlarla kredit borcu ilə yüklüdür.
Mediatv.az-ın mətbuat üzərindən apardığı araşdırmaya görə cəmiyyətin səhmlərinin sayı 765217, nizamnamə kapitalı 1530434 manatdır. 2014-cü ildə alınmış reyestrə görə 89.93 faiz səhm bir şəxsə - Sadıx Murtuzayevə məxsusdur. ASC-nin 121 səhmdarı var. Verilən məlumata görə, cəmiyyətin idarə heyətinin sədri Şakir Musayev C.Hacıyevin rəhbərlik etdiyi qruplaşmanın üzvüdür və keçmiş bankirlə sabiq deputat Dünyamin Xəlilovu şəbəkəyə daxil olan müəssisələrdə o təmsil edir. ASC 60 milyon manat kredit götürüb, onun 50 milyon manatı ABB-dən, 10 milyonu isə Sahibkarlığa Kömək Milli Fondundan alınıb. İl üzrə bank kreditlərinin faizi 856 min manat təşkil edib.Müəsisənin gəlirlərinin 2 mln olduğu halda banka olan borcunun 20 milyon manatını geri qaytarıb, amma 2 milyon manat xalis mənfəət qarşılığında bu pulu necə və hansı mənbədən qaytardığı da qaranlıqdır.Hazırda ASC-nin banka 30 milyon manat kredit borcu var. Kredit faizi 3-4 faiz təşkil edir. Mediatv.az-a verilən məlumata görə götrülən kreditdən 30 milyon manat vəsaitin tikinti-quraşdırma işlərinə qoyulduğunu səhmdarlara bildirirlər. Cəmiyyət 3-4 ha ərazidə yerləşir, bu qədər vəsaitin ora qoyulması mümkünsüzdür, uzaqbaşı bütün yenidənqurma, tikinti və avadanlığa 10 milyon manat xərclənər, ya da xərclənməz. Kənardan baxanda orada 30 milyon manatlıq bir iş görülməmişdi, əlavə tikinti aparılmayıb, yalnız təmir, kosmetik işlərə vəsait qoyulub.Səhmdarların tələblərinə baxmayaraq xərclərin sənədlərini ortaya çıxartmayıblar.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digər 7 şəxs Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və.s maddələri ilə ittiham olunur.Dövlət əmlakını talayanlardan bir qismi cəzasını alsa da hələki bir qismi azadlıqda gəzir. Mediatv.az-a verilən məlumata görə “İnter Textile”ASC-nin sədri Ş.Musayev də şahid qismində dindirilib və bu məsələdən canını qurtarmaq üçün bütün əlaqəli işə salıb, hətta müəyyən adamlarla da razılığa gəldiyi də deyilir. Çünki S.Musayev bankdan götürdiyi krediti təyinatı üzrə deyil, şəxsi biznesinə yönəldib.O bankdan götürdiyi kreditin müəyyən bir hissəsinə rayonların birində meyvə bağları salıb. Bu və digər məsələlər barədə araşdırmalarımız davam edir.Şok doğuracaq məlumatlar yaxın günlərdə. Bizi izləyin.