Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SABİQ DEPUTATIN MƏHKƏMƏSİNDƏ GÖRÜNMƏMİŞ YALANLAR -ŞOK

KEÇMIŞ DEPUTATIN MƏHKƏMƏSİNDƏ GÖRÜNMƏMİŞ YALANLAR-ÖZƏL

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlanılıb və müvafiq qaydalara uyğun olaraq davam etdirilir. 

Yenixeber.org:  Mediatv.az-ın verdiyi xəbərə görə,adı çəkilən bu məhkəmə işi hakim Əhməd Quliyevin icraatındadır. D.Xəlilovla birgə Rauf Əliyev, Şakir Musayev və Fərhad Əmiraslanov, mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib israf etməklə Azərbaycan Beynəlxalq Bankına külli miqdarda ziyan vurublar. Qeyd edək ki,şikayətçi olan“Beynəlxalq Bank”və“Aqrarkredit Bank” ASC zərərçəkmiş şəxs kimi tanınıb.Məhkəmə prosesində təqsirləndirilən Şakir Musayev bildirib ki, "İnter Tekstil" ASC-nin İdarə Heyətinin üzvü olub. D. Xəlilovu 2006-cı ildən tanıdığını deyən Şakir Musayevin sözlərinə görə, işçilərini sabiq deputatın tapşırığı ilə Beynəlxalq Banka göndərib, onların adına tərtib olunmuş kredit müqavilələrinə qol çəkdiriblər.Əlavə edib ki, həm özü, həm də işçiləri nə qədər kreditə qol çəkdiklərini bilməyiblər. Yalnız istintaqda öyrənib ki, götürülən pullar "Səbail Mebel" şirkətinə köçürülüb. .Bu məqamda D. Xəlilov onun dediklərinə etiraz edib. Bildirib ki, Musayevə heç bir tapşırıq verməyib...  Məhkəmə prosesininin gedişini izləyərkən ortaya çoxlu suallar çıxır.D.Xəlilov qeyri-rəsmi göstəriş verdiyi halda haqqında həbs qəti imkan tədbiri seçilir,kredit götürdüyünü öz imzası ilə təsdiq edənlər isə azadlıqda gəzir.Şakir Musayev ifadəsində nə qədər kreditə qol çəkdiklərini bilmədiyini söyləyib.Bir müəssə rəhbərinin nə qədər kredit müqaviləsinə və hansı sənədə qol çəkməsinin bilməməsi özü-özlüyündə gülüş doğurur.Əgər bir təşkilat rəhbərinin hansı sənədə qol çəkdiyini bilmirsə,onun hansı mənəvi və hüquqi haqqı var ki kifayət qədər məsuliyyət tələb edən bir müəssəyə rəhbərlik etsin.Mətbuat üzərindən araşdırma aparan zaman Cahangir Hacıyevin işdən azad olunmamışdan əvvəlki dövrdə (Cahangir Hacıyev 2015-ci il martın 18-də  tutduğu vəzifəsindən azad edilib.) ,yəni 2014-ci ilin sonunda “İnter Textile” Açıq Səhmdar Cəmiyyətinin  açıqladığı maliyyə yekunlarına rast gəldik. Qanunla idarə heyətininin sədri Şakir Musayev hesabat verməli olduğu halda, amma bu “vəzifə”ni müəssisənin baş mühasibi Səməndər Əliyev üzərinə götürüb. İclasa qanuni don geydirməyə çalışsalar da, qanunsuz yığıncaqda məlum olur ki, ASC-nin il ərzində xidmət sahələri də daxil olmaqla istehsal edilən məhsulun satışından əldə edilən gəlir 2341615 manat olub. Bunun da müqabilində 2646397 manat xərclənib. Nəticədə müəssisədə 304482 manatlıq mənfi saldo yaranıb, yəni zərərə çıxıb. ASC 60 milyon manat kredit götürüb, onun 50 milyon manatı ABB-dən, 10 milyonu isə Sahibkarlığa Kömək Milli Fondundan alınıb. İl üzrə bank kreditlərinin faizi 856 min manat təşkil edib. Müəssisə banka olan borcunun 20 milyon manatını geri qaytarıb, amma 2 milyon manat xalis mənfəət qarşılığında bu pulu necə və hansı mənbədən qaytardığı da qaranlıqdır. 2014-ci il sonunda səhmdarlara “İnter Textile” Açıq Səhmdar Cəmiyyəti tərəfndən verilən hesabata diqqətlə baxdıqda, Şakir Musayevin məhkəməyə verdiyi ifadənin yalan olduğunun şahidi oluruq. Etibarlı mənbənin Mediatv.az-a verdiyi məlumata Şakir Musayev məhkəmə prosesindən "canını qurtarmaq" üçün bu gün də canfəşanlıq edir.Hətta məhkəmə zalından kiçik cərimə nüqabilində azad edilməsi üçün müəyyən adamlardan razılıq alındığı da bildirilir.

Mövzunu diqqətdə saxlayacağıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam