Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cahangir Hacıyev “Bank Technique”yə sədr gətirilir

 

O, bu vəzifəyə Müşahidə Şurasının müvafiq qərarı ilə təyin olunacaq

Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilir.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə Lent.az-a “Bank Technique”dəki mənbə məlumat verib. Mənbə bildirib ki, yaxın günlərdə Müşahidə Şurasının müvafiq qərarı ilə C. Hacıyev bu vəzifəyə təyin olunacaq.
Qeyd edək ki, aprelin 2-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, həmin gün İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edildiyindən, Bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin sədri C. Hacıyev tutduğu vəzifədən azad edilib.
Hazırda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayev icra edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam