Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“ABŞ “soyuq müharibə” dövründəki mübarizə üsullarına qayıdır”

 

“Vaşinqton Afinanı Azərbaycanın layihəsinə qoşmaq istəyir”

"Xeberinfo.com":  Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə amerikalı politoloq Pol Kreyq Roberts bildirib.
 
 
“Vaşinqton “soyuq müharibə” dövründə “demokratik müxalifət”i dəstəkləməklə kommunist rejimləri ilə mübarizə aparırdı. Hazırda ABŞ Rusiyanin Avropadakı energetika təsirini dayandırmaq üçün həmin siyasətə qayıdıb”, - politoloq deyib.
 
 
Makedoniyada hakimiyyətin dəyişməsində ABŞ-ın maraqlı olduğunu deyən Pol Kreyq Roberts rəsmi Skopyenin Rusiyaya qarşı sanksiyalara qoşulmamasına və “Türk axını” qaz kəməri layihəsini dəstəklədiyinə diqqət çəkib: “Yunanıstan Brüssel və Beynəlxalq Valyuta Fondu, həmçinin alman və holland bank strukturlarının ciddi təzyiqi altındadır. Serbiya Qərbin siyasətindən zərər çəkmiş ölkədir. Keçmiş Yuqoslaviyanın NATO tərəfindən bombalanmasını xatırlamaq kifayətdir. Vaşinqtonun qorxusu onunla bağlıdır ki, bu iki dövlətin arasında yerləşən Makedoniya Rusiyanın energetika layihələrini dəstəkləyən Avropa dövlətlərinin xüsusi ittifaqının bir hissəsi olacaq”.
 
Amerikalı politoloqun fikrincə, ABŞ Makedoniyada hakimiyyət dəyişikliyinə nail ola bilərsə, Vaşinqton Azərbaycan vasitəsilə Avropaya qaz tranziti layihəsinə qoşulmaq üçün Afinanı inandırmağa cəhd edəcək. O, hesab edir ki, beləliklə də, Vaşinton Rusiyanın Avropada təsir sahəsinin azaldılmasında mühüm addım atmış olacaq. 
 
 
Politoloq həmçinin Makedoniyada alban azlığının mövcudluğuna diqqət çəkir: “Bu azlıqdan bir alət kimi qeyri-qanuni hakimiyyət dəyişikliyi və şəxsi strateji maraqların lobbiçiliyi üçün istifadə olunur”. 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam