Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

“Ölkədə və paytaxtda görülən abadlıq işləri bir anda sıfıra endi”

 

İstər baş nazirin müavini olsun, istərsə də digər məmurun jurnalistə qarşı bu cür rəftarının tərəfdarı deyiləm.
"Xeberinfo.com":  Məlumata görə, bunu Moderator.az-a açıqlamasında millət vəkili Cingiz Qənizadə deyib. Onun sözlərinə görə, bütün məmurlar belə məsələlərdə ən azından ulu öndər Heydər Əliyevdən  nümunə götürsünlər: 
“H. Əliyev müstəqilliyimizin ilk böhranlı  illərində ona hətta təxribat və qıcıqlandırıcı xarakterli verilən suallara təmkinlə və elə peşəkarcasına cavab verirdi ki, hamı heyran qalırdı. Mən də məmurun jurnalistə qarşı bu hərəkətini müsbət qiymətləndirməsəm də, onların da indiki emosional vəziyyətini anlayıram. Çünki qısa bi zamanda  ölkə və paytaxta görülən abadlıq işləri bir anda sıfıra endi.”
Hadisə ilə bağlı həbslərə münasibətini ifadə edən millət vəkili bildirdi ki,  bu məslədə sıravi  şəxslərin də həbsinin tərəfdarı deyiləm: 
“Hansısa JEK müdirinin, təsərrüfat müdirinin, nə  bilim kimin həbsi cəmiyyətdə birmənalı qarşılanmaz. Bu məsələyə görə daha yüksək səviyyəli məmurlar  məsuliyyətə cəlb olunmalıdır. Ona görə ki, ölkə başçısı özü bəyan etdi ki, onu aldadlblar, ona xəyanət ediblər.  Bu keyfiyyətli məhsuldur. Bunu kim sifariş verib. Bax buradan başlamaq lazımdır. 
Mən heç burada rayon İcra Hakimiyyəti başçılarınının da məsuliyyətini görmürəm. Çünki Bakı kimi böyük şəhərlərdə belə işləri görmək üçün həyata keçirilən tenderlər rayon səviyyəsində deyil, daha yüksək səviyyədə həyata keçirilib. Ona görə də  burada daha yuxarılarda kimlər ölkə başçısını aldadıb, onun nüfuzunə xələl gətirib, onlar məsuliyyətə cəlb olunsunlar.”
Bu hadislərə zamanı külli miqdarda dövlətə dəyən ziyana gəldikdə isə Ç. Qənizadə bildirdi ki, burada böyük ziyan dəyib: 
“Hələ demirəm ucuz materialı baha material kimi sənədləşdirilib külli miqdarda maliyyə maxinasiyası aparılıb, bu başqa söhbət.  Dövlətə dəyən ziyan mütləq ödənilməlidir. Bu da məhkəmənin qərarı ilə müəyyən edilib bu işdə əli olan şəxslərin üzərinə qoyulacaq.”
Millt vəkili sonda bu məsələnin gündəlik mətbuatda qaldırılmasının da tərəfdarı olmadığını dilə gətirdi: 
“Hazırda komissiya yaradılıb və iş gedir. Ona görə də komissiyanın qərarını və istintaqın nəticəsini gözləməliyik. Məsələni gündəlik şişirtməyə ehtiyac yoxdu. Əgər iş prosesinə hər hansı formada laqeydlik olarsa  o zaman hamımız məsələyə müdaxilə etməliyik ki, sonrakı peşmançılığa gətirib çıxarmasın.”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam