Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Haqqımda yazılanları eşidib dəhşətə gəldim”

 

“Mən aprelin 18-dən bir sıra işlərlə bağlı Azərbaycana gəlmişəm. Bu gün mənim haqqımda yazılanları eşidib dəhşətə gəldim”

"Xeberinfo.com":  Məlumata görə, bunu Modern.az saytına “Azərbaycan” milli-mədəni muxtariyyətinin sədri Sübhan Əhədzadə onun imzası ilə yayılan “erməni soyqırımı” ilə bağlı verilən başsağlığına münasibət bildirərkən deyib.
O qeyd edib ki, ermənilərə başsağlığı verməsi yolverilməzdir:
“Bu mümkün olan bir şey deyil ki, mən ermənilərə başsağlığı verəm. Çirkin iftiradan başqa bir şey deyil. Uzun müddət müəllim işləmişəm, tarixçiyəm, bu provakasiyadan başqa bir şey deyil. Allah bu işləri həyata keçirənlərə lənət eləsin! 10 gündən çoxdur Azərbaycandayam. 2 ildir Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirir, Xoca filmini nümayiş etdiririk. Ermənilərə qarşı şəxsən özüm və ətrafımda olanlar mübarizə aparırıq. Tatarıstandakılar məni yaxşı tanıyırlar”.
“Ümumrusiya Azərbaycan Konqresinin Tatarıstan Respublikası üzrə rəhbəri Ziyafət Qasımovun verdiyi açıqlamadakı kimi bir neçə ilə əvvəl Xocalı soyqırımının tanıtımına qarşı çıxmağınız iddiası doğrudurmu” sualına cavab olaraq Sübhan Əhədzadə bildirib ki, bu, sadəcə, paxıllıqdır:
“Ziyafət Qasımov keçirilən seçkilərdə biabırçı şəkildə məğlub olub. 4 dəfə insanlar mənə etimad göstəriblər. İndi ağıllarına gələni danışrılar. Onun dövründə Xocalı soyqırımı yalnız məscidlərdə keçirilirdi, mən isə kinotetarlarda filmlərin nümayişinə, Tatarıstanda Azərbaycan günlərinin keçirilməsinə,  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına nail oldum. 2013-cü ildə Nəriman Nərimanovun Tatarıstanda xatirə lövhəsini qoydurmuşam, adına olan küçə ləğv olunurdu, yenə mən mane oldum. Mayın 28-də isə Kazan Universitetinin qarşısında Mirzə Kazım bəyin abidəsinin açılışını edəcəyik. İllərdir bunun üçün mübarizə aparıram. Həmin tədbirə Azərbaycan Mədəniyyət Nazirliyindən də nümayəndələr dəvət etmişik. Bir neçə gün əvvəl Təhsil Nazirliyində olmuşam.
Diaspor sədri keçəndə 4 dəfə qurultayda səs çoxluğu ilə qalib gəldim. O vaxt dedilər ki, guya mən xocalıların Tatarıstana gəlməsinə mane olmuşam. Mən 15-ci şəhər xəstəxanasında öz adamlarımla birlikdə xocalılarla qanvermə aksiyasında iştirak etmişəm, ehsan vermişəm. Bu işləri görən adam deyə bilərmi ki, xocalılını Rusiyaya və ya Tatarıstana buraxmaq lazım deyil. Burada məntiq yoxdur”.
Sədr fotodakı imzanın ona aid olmadığını vurğulayıb:
“Bu mənim imzam deyil. Heç kim də mənim yerimə imza ata bilməz. Mən mütləq hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Hazırda Respublika Prokurorluğuna müraciət etməyə hazırlaşıram.
Tatarıstana qayıdanda bu işi belə qoymayacam. Bir azərbaycanlı hansı məntiqlə yalançı soyqırıma başsağlığı verə bilər?”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam