Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Xocalını unutmayacaq və unutdurmayacağıq!”

 

“23 il əvvəl Dağlıq Qarabağın Xocalı qəsəbəsində tarixə qara ləkə kimi düşən soyqırımı baş verib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə rusların 366-cı motoatıcı alayı və təpədən-dırnağa qədər silahlanmış erməni silahlıları günahsız insanları vicdansızcasına qətlə yetirib. Xocalıda etnik təmizləmə aparılıb. Dünyanın gözü qarşısında sənədli-sübutlu soyqırımı cinayəti törədilib”.
 
"Xeberinfo.com":  APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının parlamentdə keçirilən iclasında deyib.
 
MHP sədri əllərində “Hamımız erməniyik” plakatını gəzdirənlərin Xocalı soyqırımını görmək istəmədiklərini bildirib: “Xocalı 23 ildir əzab içindədir. İllərdir soyqırımı nağılı danışan, uydurma iddialarını yalan və böhtan üzərində quran erməni lobbisi hələ də millətimizə qarşı intiqam həvəsindən vaz keçməyib. Ermənilər ilk növbədə günahsız müsəlman-türk qanının bədəlini ödəməlidir. Bəs erməni olduqları ilə fəxr edənlər haradadır? Küçə-küçə plakat daşıyıb “Hamımımz erməniyik” gurultusu qoparanlar hansı deşikdədirlər? Bunların ağzından ömür boyu bir dəfə də Xocalı kəlməsi çıxmayıb”.
 
D.Baxçalı hakim Ədalət və İnkişaf Partiyası (AKP) və prezident Rəcəb Tayyib Ərdoğanın da ünvanına bır sıra ittihamlar səsləndirib: “Hakim AKP erməni tezislərini avaz-avaz bağıranların motivasiya qərargahına çevrilib. Keçən il erməni lobbisinə üzr məktubu yazıb, türk millətini günahkar kimi göstərən şəxs bu gün prezident kürsüsündədir. Bu il Çanaqqala bayramını aprelin 24-nə keçirməklə tariximizi qondarma "erməni soyqırımı"nın yedəyinə düşürən və şəhidlərimizin ruhunu sızıldadan da həmin adamdır. Ərdoğan Ermənistan prezidentini 24 apreldə ölkəmizə dəvət etsə də, ona rədd cavabı verilib. Ərdoğan erməni lobbisi ilə qucaqlaşmaq üçün zəmin axtarmaqdadır. Xocalı ortada ola-ola, ermənilərin bizə qarşı torpaq iddiaları gündəmdəykən ermənilərə necə qucaq açmaq olar? Xocalıda şəhid olan bütün soydaşlarımıza, tarixin ayrı-ayrı dövrlərində ermənilərin öldürdüyü digər soydaşlarımıza da Allahdan rəhmət diləyirəm. Xocalını unutmayacağıq və unutdurmayacağıq!”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam