Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Masazırda 100-ə yaxın ev söküləcək

 

Abşeron rayonunun Masazır qəsəbəsində 100-ə yaxın ev söküləcək. Səbəb isə həmin ərazidə yeraltı qazların mövcudluğudur.
 
"Xeberinfo.com":  Yerli sakinlərin “Qafqazinfo”ya verdiyi xəbərə görə, aprel ayının 9-da Sarı Aşıq küçəsində Elxan Aslanova məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Araşdırmalar nəticəsində bəlli olub ki, partlayışa səbəb yeraltı qazdır.
 
FHN əməkdaşları partlayan evə yaxın ərazilərdə də yoxlamalar aparıb və məlumat təsdiqlənib. Bu səbəbdən aprel ayının 11-dən qəsəbəyə qaz verilişi dayandırılıb. Həmin ərazidə yaşayan insanlara bildirilib ki, ərazi yaşayış üçün təhlükəlidir.
 
Sakinlər deyirlər ki, 2 gündür qazsız qalan qəsəbədə acınacaqlı durum yaranıb. Heç bir instansiyadan vətəndaşlara təbii qazın nə zaman veriləcəyi barədə xəbər verilmir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam