Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda dəhşətli partlayış

 

 

    "xeberinfo.com": Bu gün Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasının yaxınlığında partlayış hadisəsi baş verib. Əldə etdiyimiz məlumata görə, partlayış "Şahənşah" restoranının qarşısındakı yeni tikilidə olub.
      Həmin ərazidə yaşayan sakinlərin məlumatına görə, ətrafda olan 9 mərtəbəli binaların hamısında partlayışın gücü hiss olunub.
Tikinti materialları yola səpələnib. Yolda hərəkət dayandırılıb. Bina yarımçıq tikili olduğundan qaz partlayışı istisna edilir. 
     Partlayışın gücü o qədər olub ki, hətta zəlzələ olduğunu düşünənlər olub. Bu isə bəzi insanların evlərini və iş yerlərini tərk edərək küçəyə qaçmasına səbəb olub. 
 Məlumata görə, partlayış nəticəsində obyektin yerləşdiyi əraziyə ciddi ziyan dəyib. Ölən və yaralananlar haqqında müfəssəl məlumat yoxdur. Bir sərnişin avtobusu ciddi zədə alıb.
    Hadisə yerinə rayon polis idarəsinin, Təcili Tibbi Yardımın və Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam