Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bakı Ermənistanın və Rusiyanın cavabından çəkinmir”

 

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Azərbaycan və Ermənistan arasında mübahisəli Dağlıq Qarabağ ərazisinə görə gərginlik artır. Martın 29-30-da cəbhə xəttində atışmalar itkilərlə nəticələnib və Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib ki, Azərbaycan «tezliklə bütün işğal olunmuş ərazilərini azad edəcək».
"Xeberinfo.com":  Mərkəz münaqişənin yenidən qızışması ehtimalının istisna edilmədiyini yazır. Müəyyən xəbərdarlıq əlamətləri – ordunun səfərbərliyi, sursat və ehtiyatların öncədən yerləşdirilməsi, eləcə də regional oyunçular arasında diplomatik təmasların artması bu eskalasiyanı xəbərləyə bilər.
«Stratfor» yazır ki, son aylar təmas xəttində atışmalar mütəmadi xarakter alıb. Mərkəz əvvəllər də qeyd edib ki, Ukrayna böhranı başlanandan regionda gərginlik artıb. 2014-cü ilin avqustunda hər iki tərəfdən itkilər olub, noyabrda Azərbaycan qüvvələri Ermənistan vertolyotunu vurub:
«Əməliyyatların artması Azərbaycanın inamının qayıtmasının göstəricisidir. Bakı əvvəlki kimi, Ermənistanın və Rusiyanın cavabından çəkinmir. Ermənistanın vertolyotun vurulmasına təmkinli və ehtiyatlı cavabı da bununla izah oluna bilər; Yerevan bilir ki, Moskvanın başı hələ də Ukrayna səhnəsində bərk qarışıqdır».
«Zorakılığın artması mütləq o anlama gəlmir ki, Ermənistanla Azərbaycan arasında tammiqyaslı hərbi münaqişə qayıda bilər. Rusiyanın Ermənistanda hərbi bazası var və Azərbaycan bilir ki, Rusiya ilə birbaşa hərbi qarşıdurmanı qazana bilməz. Hətta Moskvanın hazırkı siyasi və iqtisadi çətinlikləri fonunda belə. Əvəzində Bakı təmas xəttində fəallığı azacıq artırmaqla, Avropa Birliyi, Birləşmiş Ştatlar və Türkiyə kimi əsas oyunçularla diplomatik manevr edir və tərəfləri sınağa çəkir. Bu strategiya Azərbaycanın bütün tərəflərə təzyiqinin, hələ də dinamik bir mühitdə heç bir ölkə qarşısında öhdəlik götürmədiyini göstərir».

ƏVVƏL AĞLA BELƏ GƏLMƏYƏN HƏRBİ ƏMƏLİYYATLAR İNDİ MÜMKÜNDÜR

«Stratfor» yazır ki, hərbi münaqişənin böyüyəcəyi də istisna deyil, özəlliklə də, atışmalar davam edərsə, uzanarsa, səhvlərə və ya eskalasiyaya gətirə bilər. «Yeni Müsavat» qəzeti bu yaxınlarda «Atlas» Araşdırmalar Mərkəzinə istinadla yazıb ki, Avropa Oyunlarından sonra Azərbaycan Qarabağda bəzi rayonlara məhdud müdaxilə edə bilər. Ağdam və Füzulidəki qüvvələrə zərbələr endirilə bilər, ancaq Xankəndiyə hücum edilməz. Məqsəd də ATƏT-in Minsk qrupuna təzyiqi artırmaq və Ermənistanı işğal etdiyi ərazilərdən tədricən çıxmağa məcbur etməkdir.
Rəsmilər bu məlumatları təsdiqləməyiblər. Belə bir ssenari münaqişədə son 20 ildə görünməmiş gərginliyə gətirib çıxara bilər. Mərkəz qeyd edir ki, bu, Azərbaycanın yuxarıda qeyd olunmuş məhdudiyyətlərini nəzərə alanda, real görünmür. Ancaq keçmiş sovet məkanında yaranmış mühitdə əvvəl ağla belə gəlməyən hərbi əməliyyatlar indi mümkün sayıla bilər.
«Azərbaycan Dağlıq Qarabağ ətrafında müəyyən rayonları tutmaq üçün məhdud əməliyyat qərarı verərsə, bunun xəbərdaredici əlamətləri də görünə bilər. Buraya təkcə iri silahlar almaq daxil deyil – ölkə on ildən çoxdur silahlanır. Ordunun səfərbərliyi, sursat və ehtiyatların öncədən yerləşdirilməsi, kəşfiyyat və nəzarət fəaliyyətinin gücləndirilməsi kimi məlumatları izləmək lazımdır. Azərbaycan liderləri ilə Rusiya, Türkiyə, Avropa Birliyi və Birləşmiş Ştatlar kimi əsas regional oyunçular arasında planlaşdırılmamış təhlükəsizlik danışıqları da əsas indikatorlar ola bilər. Hələlik bu əlamətlərin heç biri görünmür. Ancaq onların istənilən kombinasiyası Dağlıq Qarabağ münaqişəsinin potensial eskalasiyasından xəbər verən vacib işartılar sayıla bilər». /“Azadlıq” radiosu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam