Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Kür niyə tərsinə axır? -Azərbaycan növbəti “fövqəl”fəlakətlə üz-üzə


 

 “Kür tərsinə axır. Dənizdə külək olanda Xəzərin duzlu suyu Kür çayı boyunca 30-40 km irəliləyir. Nəticədə Neftçalaya qədər ərazilərdə bütün canlı həyat təhülkə altına düşür”.
 Yenixeber.org: Bu barədə redaksiyamıza Neftçala rayonunun Kürətrafı kəndlərindən birində yaşayan vətəndaş məlumat verib. 


 
Adının açıqlanmasını istəməyən vətəndaşın dediyinə görə, Neftçala şəhəri də daxil olmaqla, rayonun Sübh, Qırmızı Şəfəq, 1-ci Mayak, 2-ci Mayak, Yenikənd, Bankə qəsəbəsi, Kürkənd, Şirvanlı, Uzunbabalı, Tatarməhlə kəndləri Kürün tərsinə axması nəticəsində içməli su üzünə həsrət qalıblar: “Əhali hətta ev heyvanlarını da suvara bilmir. İnəklərə, camışlara, qoyun-quzuya, toyuq-cücəyə verdiyimiz suyu belə, pulla alırıq. Bir maşın suyu 50 manata tapa bilmirik. Heyvanlar və insanları bu bahalı suyla bir təhər yayın bu cıracırında vəziyyətdən çıxarırıq. Amma bostanlarımızı, əkin sahələrimizi isə necə suvaracağımızı bilmirik. Əvvəla, ona görə ki, Kürün suyu bu il xeyli azalıb. İkinci ona görə ki, olduqca dayazlaşan Kürdə qalan su da duzludur. Çünki intensiv əsən külək dənizin suyunu Kürə vurur. Bu da içməli və texniki suyunu Kürdən götürən əhalinin həyatını və rayonun ekoloji vəziyyətini korlayır”.


 
Şikayətçinin bildirdiyinə görə, rayon rəhbərliyinin isə problemdən problemdən çıxış yolu barədə təsəvvürü belə yoxdur. Rayona yeni təyin olunan Mirhəsən Seyidov  yerli adam olmadığından bölgənin xüsusiyyətlərindən də bixəbərdir: “Rayonda ona “yerini bilməyən başçı” deyirlər. Yadınızdadırsa, icra başçısı təyin olunan gün Prezident onu qəbul etmiş və ağsaqqal-qarasaqqal tanımadan oturduğu yerə görə danlamışdı. Elə o gündən də Neftçalada Mirhəsən müəllimə həmin ləqəb yapışdırılmışdı. Özündən əvvəl yeni ləqəbi rayona gələn icra başçısına rayonda böyük etimad olmadığından əhali dərdini kimə deyəcəyini də bilmir.


 
Həmsöhbətlərimizin bildirdiyinə görə, Mürhəsən müəllim bu yaxınlarda mətbuata verdiyi açıqlamasında rayonun su problemini həll etmək üçün  Salyandan Neftçalaya su kəməri çəkəcəyini bildirib: “Halbuki rayonun su probleminin çox asan həll yolu var. Bu da 2011-12-ci illərdə çayda baş vermis daşqınların qarşısını almaq üçün həyata keçirilən dibdərinləşdirmə tədbirlərini dayandırmaq və bu məqsədlə açılan kanalı doldurmaqdır”. 


 
Sən demə, 2011-2012-ci illərdə baş verən daşqınlar zamanı Su-Meliorasiya İdarəsi tərəfindən qazılmış, sonradan isə FHN-nin tərkibində yaradılan Dibdərinləşdirmə İdarəsinə verilmiş kanal təkcə dövlət büdcəsinə yük olmaqla qalmır, həm də indiki ekoloji fəlakətə yol açırmış. Söhbətləşdiyimiz meliorasiya və su təsərrüfatı mütəxəssisləri bu iddiadadırlar: “FHN-nin Dibdərinləşdirmə İdarəsi Kürün təbii axarını gildən təmizləmək əvəzinə, daha qısa yol seçərək Sülh adasının ortasından Xəzərə kanal saldı. Şəmkirdən gətirilən gilsoran gəmi vasitəsilə kanal daha da dərinləşdirdi və bu gün də həmin fəaliyyətini davam etdirir.  Həmin vaxt bu süni yollarla Kürün suyunun Xəzərə daha tez boşaldılması təmin olunsa da, bugünkü fəsadlara şərait yaradıldı”.


 
Məlumata görə, kanal ilk açılanda bölgədə məskunlaşan və vaxtilə Balıqçılıq Kombinatında işləyən yerli sakinlər aparılan bu önləyici tədbirlərin düzgün olmadığı, gələcəkdə ekoloji fəsadlara yol açacağı barədə idarə rəhbərliyini dəfələrlə xəbərdarlıq etsələr də, sözlərini dinləyən olmayıb. Nəticədə üzərindən 10 il keçməmiş qorxulanlar baş verib. 



Şəkildə: Adını çəkilməsini istəməyən mütəxəssisin qeydləri

Məsələ burasındadır ki, Kürün təbii deltası sayılan Bala Kür və çayın əsas qolu təbii manelərlə çevrələnibmiş. Kürün suyu azalanda Xəzər dənizində baş verən fırtınalar məhz bu əngəllərlə qarşılaşaraq çay yuxarı irəliləyə bilmirmiş. 2012-ci ildən indiyədək “dibdərinləşmə tədbirləri” adı altında deltanın yuxarı hissəsindən dənizə birbaşa kanal çəkiləndən sonra vəziyyət büsbütün dəyişilir. Xəzərdəki dalğalarının qarşısını kəsən maneələr aradan qalxır və çayla dənizin suyu qarışır.


 
Yerli mütəxəssislər sözügedən kanalın uzunluğunun 2 km olduğunu bildirirlər. Təbii deltanın uzunluğu isə  10 km-ə yaxındır. Kürün gətirdiyi lildən kiçik adalar yarada-yarada axan çayın formalaşdırdığı bu təbii manelər də fırtınaların, dalğaların qarşısını alırmış. Dibdərinləşdirmə İdarəsi isə həmin kanalda və dənizin içərisində qaza-qaz xeyli dərinləşdirib. Bu da ətrafdakı fırtınları da özünə cəlb edir. Dolayısıyla bu kanallar  vaxtaşırı dəniz suyu ilə dolur. Küləkli havalarda dalğalar 5-6 metr yuxarı qalxanda dənizin suyu həmin kanal vasitəsilə Kürün ana hissəsinə tökülür. İntensiv küləklərin əsdiyi zamanlar isə Xəzərdən Kürə su “vurulması” da artır. Nəticədə şor su  çay yuxarı axmağa başlayır.


 
Yerli mütəxəssislərin dediyinə görə, bu prosesin qarşısı vaxtında alınmasa, dəniz suyu yaxın günlərdə Salyana, daha sonra isə Mil-Muğan bölgəsinədək çatacaq. Nəticədə Azərbaycanın aqrar sektorla məşğul olan əsas əraziləri də Neftçalanın gününə düşəcək.
 
Yeri gəlmişkən, canlı həyatı Kürə bağlı olan Neftçalanın ümumi sahəsinin 1451 km2, Salyanın isə 1792kmolduğu nəzərə alsaq, Kürün tərsinə axması yüzminlərlə hektar ərazinin ekoloji fəlakətlər üzləşməsinə, yüzminlərlə yerli sakinin yurd-yuvasından didərgin düşməsinə yol aça bilər.(ovqat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam