Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Köhnə YAP-çıların yeni PLANI - İkinci hakimiyyət partiyası yaranır?

Hakim Yeni Azərbaycan Partiyası fevralın 9-da baş tutan parlament seçkilərində böyük üstünlüklə qalib gəlsə də, yaranmış söz-söhbətlərdən, narazılıqlardan ən çox əziyyət çəkən siyasi təşkilat oldu.

Yenixeber.org: Bakıda və rayonlarda YAP-ın bəzi namizədlərinə qarşı aqressiv münasibət siyasi kluarlarda ciddi müzakirə mövzusuna çevrildi. Hakim partiyanın siyahısını hazırlayan rəhbər şəxslərin namizəd seçimində şəxsi münasibətləri önə çıxardıqları vurğulandı. YAP-ın iki əsas funksionerinin – keçmiş deputatlar Hadı Rəcəbli və Hüseynbala Mirələmovun lider olduqları dairələrdə nəticələrin ləğvi partiyadaxili müxalifəti açıq müstəviyə çıxardı. İndi siyasət dəhlizlərində partiya rəhbərliyinin namizəd seçimində subyektiv amillərə üstünlük verdiyinə dair ittihamlarla tez-tez qarşılaşmaq mümkündür.

Qeyd edək ki, YAP Siyasi Şurasının sabiq üzvü, keçmiş deputat Musa Musayev partiya rəhbərliyindən narazılığını açıq şəkildə dilə gətirib. M.Musayev deyib ki, YAP-ın seçkidə iştirak edən keçmiş deputatları Hadı Rəcəbli və Hüseynbala Mirələmovun qalib ola bilməməsi, o cümlədən, YAP Ağstafa rayon təşkilatının sədri, RİH-nin başçısının müavini, Neftçala rayon YAP-ın sədri, YAP Neftçala rayon Qadınlar Şurasının sədri və həmçinin deputatlığa qadın namizədi, RİH başçısının müavini həbs edilirsə, bu kimi digər xoşagəlməz hadisələr davamlı olaraq təkrarlanırsa, onda bu onu deməyə əsas verir ki, partiyada ciddi islahatlara ehtiyac var.

55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd, əməkdar jurnalist Azər Həsrət isə YAP rəhbərliyini daha sərt tənqid edib. Əməkdar jurnalist hakim partiya funksionerlərini seçki prosesində inzibati resurslardan istifadə etməkdə günahlandırıb. Azər Həsrət YAP-ın özünü buraxmasını təklif edib.

Təşkilatdaxili müzakirələrə xüsusi həvəs göstərməyən hakim partiyada nə baş verir? YAP-ın iki aparıcı funksionerini "qurban verməsinin" arxasında hansı səbəblər dayanır?

Hakimiyyətdaxili proseslərdən yetərincə xəbərdar olan analitiklərdən biri saytımıza açıqlamasında YAP-ın "profilaktik tədbirlərə" start verdiyini bildirib. Qeyd edib ki, artıq hakimiyyət dəhlizlərində yeni siyasi partiyanın "ayaq səsləri eşidilir". Onun sözlərinə görə, ikinci hakimiyyət partiyasının yaradılacağıyla bağlı xəbərlərin intensiv xarakter alması YAP rəhbərliyini hərəkətə keçirib. Mənbə deyib ki, rəhbərlik partiyanın imicinin qeydinə qalmağı indi əvvəlkindən daha çox düşünür. YAP-ın iki əsas funksionerinin "qurban verilməsi" də bu amillə izah olunur.

İkinci hakimiyyət partiyasının yaradılacağıyla bağlı xəbərlərin gündəmdən düşməməsi təsadüfi deyil. Partiya rəhbərliyindən narazı olan keçmiş YAP-çıların bir araya gələrək, yeni siyasi təşkilat yaradacaqları istisna olunmur. YAP-ın qurucularının böyük əksəriyyətinin müxtəlif bəhanələrlə partiyadan uzaqlaşdırılmış olması bu amili bir qədər də qüvvətləndirir.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam