Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Asif Əsgərov müavinini deputat seçdirmək istəyir

 

        

 

Yenixeber.org: 2020-ci ilin 9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bir sıra siyasi partiya və qurumlar, müstəqil şəxslər hazırlıqlara başlayıb.

Növbədənkənar parlament seçkilərində iştirak edəcəkləri ilə bağlı Müsavat, Azərbaycan Demokrat və Böyük Quruluş Partiyaları açıqlama veriblər.

Müsavat Partiyası artıq dairələr üzrə namizədlərinin adlarını da elan edib.

Milli Şura isə dekabr ayının 10-da verdiyi qərarla növbədənkənar parlament seçkilərini boykot etdiklərini elan edib.

Milli Məclisdə say çoxluğu olan hakim Yeni Azərbaycan Partiyası isə hələ ki, namizədlərinin adlarını ictimaiyyətə açıqlamayıb.

Qlobal.az-ın əldə etdiyi məlumata görə YAP-ın namizədlərinin siyahısını gecikdirməsi, eyni zamanda YAP-ın gənc və yeni komandaya üstünlük verəcəyi bəzi məmurları "hərəkətə" gətirib. Belə ki, artıq bəzi rayon İcra Hakimiyyətlərinin başçıları müstəqil və yaxud hakim partiyanın nümayəndəsi kimi Milli Məclisə öz adamlarını göndərməyə çalışırlar.

Əldə etdiyimiz məlumata görə YAP-ın yeni namizəd sürəcəyi dairələrdən biri 21 saylı Nəsimi I dairəsidir.

Qeyd edək ki, 5-ci çağırış parlamentə 21 saylı seçki dairəsindən parlamentə YAP-ın namizədi olaraq Məlahət Həsənova seçilmişdi. Məlahət Həsənovanın müəyyən səbəblərə görə 2019-cu il fevral ayının 9-da parlament seçkilərinə qatılacağı sual altındadır.

Əldə etdiyimiz məlumata görə növbədənkənar parlament seçkilərinə 21 saylı Nəsimi birinci seçki dairəsindən Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva olacaq.

Məlumatda Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun da müavininin təşəbbüsünün əsas dəstəkçisi olduğu iddia olunur.

Xatırladaq ki, YAP-ın Nəsimi rayon Qadınlar Şurasının sədri olan G. Verdiyeva bundan əvvəl də deputatlığa namizəd olub. Belə ki, o, 2010-cu ildə Milli Məclisə 22 saylı Nəsimi II dairəsindən namizəd olub.(qlobal.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam