Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Rial və lirə ucuzlaşacaq, bəs manat? –Ekspertdən açıqlama

 

“Bölgədə yaranmış durum region ölkələrin milli valyutalarının ABŞ dollarına nəzərən məzənnələrinə və xam neftin dünya bazar qiymətlərinə təsirsiz ötüşməyəcək”.

Yenixeber.org: Bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. 

Onun sözlərinə görə, məzənnə təsirlərindən ilk növbədə İran və Türkiyə iqtisadiyyatı qayğılanacaq: “Şübhəsiz ki, İran rialı və Türk lirəsi dəyərini bir az da itirəcək. Azərbaycan manatına gəlincə, bu məzənnənin tənzimlənməsi rejimindən asılıdır. Əgər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"-nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə əsasən tərtib etdiyi hesabatında nəzərdə tutulduğu kimi, 2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunarsa, manat da baş verənlərdən təsirlənə bilər”.

Q.İbadoğlu xatırladıb ki, Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq 2020-ci il üçün gəlirlər ötənilki proqnoz göstəricilərindən 20 faiz az gözlənilir. “Odur ki, bu arada maliyyə əməliyyatları apararkən ehtiyatlı olmaq lazımdır” - deyə ekspert vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam