Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

İradə Gülməmmədova prezidenti və xalqı necə aldadır?-RÜSVAYÇILIQ

Hər kəs ölkədə islahatlardan, idarəetmədə gəncləşdirmədən danışır. Yəqin, elə buna görə də, Masazır bələdiyyəsinə “seçilən” namizədlər arasında 24 yaşlı və 21 yaşlı gənclər yer alır.

Yenixeber.org: Məlumata görə, qalan üzvlər də YAP-çı namizədlərdir ki, çoxu da evdar xanım, məmurlardan kimlərinsə qohumları və Masazıra 1-2 il əvvəl köçən müəllimlərdir, yerli camaat onları tanımır.

Xub! Kimdir ən çox “səs toplayan” və potensial sədr sayılan 24 yaşlı Bəhruz Fuad oğlu Xəlilov? Abşeron RİH başçısının köməkçisi olan Fuad Əflatun oğlu Xəlilovun oğlu.

Həmin Fuad Xəlilov ki, hələ Zakir Fərəcovun vaxtından Abşeron RİH-də işləyib və onun atası mərhum Əflatun Xəlilov da icra hakimiyyətində işləyirmiş. Şəcərə formatında davam edən bu ötürə-ötürdə yeganə disbalans oğul Xəlilovun RİH-də yox, Bələdiyyədə vəzifə tutması olacaq.

Seçkilər o qədər şəffaf keçirilib ki, seçicilər başqa bir müstəqil və “yetim” namizədə inanmayıblar… illah da, “Fuadın oğlunu seçək, atası illərdir bizi yaxşı get-gələ salır, bizimlə bir az oğlu da məzələnsin” deyiblər?

Sanki Abşeron rayonu İradə xanıma miras qalıb, öz sadiq adamlarına kəndləri bir-bir peşkəş edir. Xanlıq-bəylik dövrüdür? Dövlətin resurslarını gör nə üçün xərcləyirlər…

Hamı deyir ki, bələdiyyələr müstəqil olmalıdır… Al sənə müstəqillik, al sənə gəncliyin qələbəsi. İradə Gülməmmədova illərdir Prezidenti də, abşeronluları da aldadır və aldatmağa davam edəcək!

Bu rüsvayçılığa son verilməlidir!

Pan Rufat (Rüfət Əhmədzadə)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam