Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

Paytaxt küçələrində etirazlar:"saxlanılan olmayıb"

 

Bugün Rusiya paytaxtı Moskvada şəhər dumasına qeydiyyata alınmayan müxalifət nümayəndələrinə dəstək olaraq etiraz gəzintisi keçirilib.

Yenixeber.org: Təxminən dörd saat davam edən gəzinti zamanı saxlanılanların olmadığı deyilir.

Şəhər dumasına qeydiyyata alınmayan müxalifət nümayəndələrinə dəstək olaraq keçirilən etiraz nümayişi Moskva meriyası ilə razılaşdırılmayıb.

Meriya Alma partiyasından Yelena Rusakova və Libertarian partiyasının nümayişlərin keçirilməsinə dair ərizələrinə "yox" cavabı verib.

Hökumət öz qərarını həmin günlərdə Saxarov prospektində "Pro leto" festivalının keçirilməsi ilə əsaslandırıb. Festivalda konsertlər, məşhur bloqçularla görüş, hərbi orkestrın konserti və aşpazlıq döyüşü gözlənilir.

Qeydiyyatdan keçirilməmiş namizədlərdən biri Lyubov Sobol, buna cavab olaraq, insanları siyasi represiyalara etiraz etmək üçün küçələrə çağırıb.

Rusiya paytaxtında bu etirazlar iyul ayından bəri davam edir.

Etirazçılar gəzintinin təyin edildiyi zamanda, Bakı vaxtilə saat 15:00-da "Çistıe Prudi" metrosundan Puşkin meydanına tərəf gediblər.

Məlumata görə, burada etirazçıdan çox polis və jurnalist müşahidə ediblər. Polis avtomobilləri 360 dərəcə kameralarla təchiz olunub.

Image captionPuşkin meydanına Konstitusiyanın 31-ci maddəsi yazılmış plakat gətirilib.

Etirazçılardan bəziləri BBC News Ruscanın müxbirləri ilə söhbətdə bildiriblər ki, nümayişə qatılsalar da, qorxu hissi də keçirirlər.

Müxbirlərimiz "Çistıe Prudi" metrosunun yanında həmçinin təkadamlıq aksiyalar keçirənləri müşahidə ediblər.

Bir nəfər əlində "Siyasi məhbuslara azadlıq" şüarını tutub.

"Sakit aksiyalara çıxan insanların iğtişaşlarda ittiham edilməsi, onların siyahi mövqelərinə görə izlənilməsi acığıma gəldi", qadın "Dojd" kanalına deyib.

Image captionBBC müxbirləri hələ ki tək adamlıq aksiyanı müşahidə edib

Metronun yanından bulvarla Puşkin meydanına gələn etirazçıların çoxu burada qalıb. Bir hissəsi isə Tverski küçəsi ilə meriyaya doğru yönəlib, lakin orada dayanmayıblar.

Manej meydanına isə 300-ə yaxın insan gedib, lakin ora bağlı olduğu üçün Moxovaya küçəsinə yönəliblər.

Çevik polis qüvvələri Puşkin meydanını dövrəyə alsa da, 20 dəqiqədən sonra kənarlaşmağa başlayıb.

Polislərdən biri "Novaya qazeta"nın müxbirinə deyib ki, onların iş günü bitdiyi üçün mühasirəni açıblar.

Lakin bundan əvvəl əraziyə məhkum nəqliyyat vasitələri (MNV) gətirilib.

Gəzintiyə qatılmayan müxalifət lideri Aleksey Navalnı Twitter-də yazıb ki, hüquq-mühafizə orqanları "kütləvi iğtişaş" törətməyəndə gəzinti heç kimə mane olmur.

BBC News Ruscanın müxbirləri deyirlər ki, gəzintinin təxminən saat 3-də bitməsi gözlənilsə də, heç kim meydanı tərk etməyib.

Puşkin meydanında qalanlar "gəzməyə gedirik" qışqıraraq bulvara tərəf getməyə başlayıblar.

İnsanları etirazlara səsləmiş Lyubov Sobol gəzinti bitdikdən sonra etirazlardan ayrılıb. O, aclıq aksiyasından sonra ayaqüstə zorla durduğunu" söyləyib.

Kommersant qəzeti yazır ki, polis metronun çıxışında təsadüf adamları seçərək razılaşdırılmamış aksiyada iştirakın yolverilməzliyi sənədini imzalamağı istəyib. Polis bildirir ki, bu, sənəd deyil, "profilaktik söhbətin keçirilməsininin təsdiqidir."

Məlumata görə, bu sənəddə 3 avqust tarixi qeyd olunub. Moskvada bu tarixdə keçirilmiş aksiya zamanı minə yaxın insan saxlanıb.

Şənbə günü səhəri hüquq-mühafizə orqanları "kütləvi iğtişaşlar" işində əsas fiqurlardan hesab edilən tələbə Yeqor Jukovun evinə axtarışa gəlib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam