Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qonşu ölkədə çörək bahalaşa bilər

 

 

Gürcüstanda çörəyin qiyməti arta bilər.

Yenixeber.org: Yerli büromuz xəbər verir ki, bu barədə Gürcüstanın Taxıl İdxalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava bildirib.

Onun sözlərinə görə, Gürcüstana idxal olunan taxılın 90%-i Rusiyanın payına düşür: “Son hadisələr bir daha göstərdi ki, Gürcüstanın müxtəlif taxıl tədarükçüləri olmalıdır. Ölkə iqtisadiyyatının bütün sektorlarının Rusiya ilə sıx əlaqələri var. Bu, yüksək risklər yaradır. Turist embarqosu artıq tətbiq olunub. Növbəti qadağa şərab və ola bilsin ki, bir gün taxıla da qoyulacaq”.

L.Silaqava bildirib ki, Rusiyadan taxılın idxalına hələ rəsmən məhdudiyyətlər qoyulmayıb: “Lakin buna baxmayaraq, idxalçılar çatdırılmalarda gecikmələrlə bağlı problemlərlə üzləşirlər. Bu da, öz növbəsində, çörəyin qiymətinə təsir edə bilər”.

Assosiasiya rəhbəri qeyd edib ki, Gürcüstanda taxıl ehtiyatı olduğundan çörəyin qiymətinin yaxın gələcəkdə sabit qalacağı gözlənilir.

Qeyd edək ki, son günlər Gürcüstanda bəzi təndir sexlərində çörəyin qiyməti 10 tetri bahalaşıb. Son aylar qiyməti 90 tetri olan təndir çörəyi hazırda 1 lariyə təklif olunur.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam