Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Bu gün Ümumdünya İnsultla Mübarizə Günüdür

Bu gün Ümumdünya İnsultla Mübarizə Günüdür

 

Bu gün Ümumdünya İnsultla Mübarizə Günüdür

 

Yenixeber.org: 2004-cü ildə Dünya Səhiyyə Təşkilatı belə bir statistika açıqlayıb ki, dünyada yaşlılar arasında hər altı nəfərdən biri beynin qan dövranının kəskin pozulması ilə üzləşir.

Onların dörddə üçü işemik, qalanları hemorragik insult keçirənlərdir. Elə həmin il Dünya Səhiyyə Təşkilatı insultu qlobal epidemiya elan edib. Beynəlxalq İnsultla Mübarizə Təşkilatı 2006-ci ilin oktyabrında təsis olunub. Onun 85 ölkədən 3,5 mindən çox fərdi və 60-dan çox kollektiv üzvü var. Təşkilatın təşəbbüsü ilə həmin ildən İnsultla Mübarizə Günü qeyd olunmağa başlayıb. Dünyanın 40 ölkəsində oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd olunur.

Həmin təqvim günü keçirilən bütün tədbirlərin hədəfi diqqəti xəstəliklə əlaqədar ölüm faizinə və insult xəbərdarlığına yönəltməkdir. Təəssüf ki, çox vaxt nə xəstələr, nə də onların ətrafındakılar xəstəliyin əlamətlərini hiss etmirlər.

Qeyd edək ki, insult beynin qan dövranının kəskin pozulması, yəni, beyni qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması və ya tutulmasıdır. Ağır gedişli insultlardan sonra baş beyin funksiyasının yalnız qismən bərpa olunması müşahidə edilir.

İnsulta daha çox şəkərli diabet və ürək-damar xəstəliklərində rast gəlinir. Arterial təzyiqin yüksəlməsi, siqaret çəkmə, artıq çəki, hərəkət məhdudluğu gənc nəsil arasında da insult hallarına səbəb olur. Mütəxəssislərin fikrincə, beynin qan-damar xəstəliklərinin əmələ gəlməsində bir sıra amillərlə yanaşı, fiziki gərginlik və stress də başlıca rol oynayır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam