Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda insult keçirənlərin sayı açıqlandı

 

Azərbaycanda insult keçirənlərin sayı açıqlandı 

 

Səhiyyə Nazirliyinin statistikasına əsasən, Azərbaycanda il ərzində 100 min əhali arasında 200-300-ə yaxın insult halı qeydə alınır

Yenixeber.org; bunu Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev deyib.

O qeyd edib ki,  bunların 30 faizi ilk ay ərzində dünyasını dəyişir, digər 30 faiz əlil olur, digər şəxslərin isə yardıma ehtiyacı olur, qalan xəstələr əmək fəaliyyətini bərpa edə bilir.

Ötən illə müqayisədə insultla xəstələnmə göstəricisində artımın olduğunu deyən R.Əiyevin sözlərinə görə, ürək əməliyyatı edilən insanlar arasında da insulta rast gəlinmə faizi çox olur: “Eyni zamanda, əhali yaşlaşdıqca, insanların ömrü uzandıqca insult riski çoxalır. Proqnozlara görə, 20 il ərzində dünyada insult riski 30-35 faiz azaldılacaq. Amma eyni zamanda, əhalinin yaşlanması ilə bu risk 11 faiz artacaq. Müxtəlif yaş qruplarında insultun risk faktorları müxtəlifdir. Cavanlarda insultun risk faktorlarına anadangəlmə ürək qüsurları, irsi arteraial hipertenziya, qan xəstəlikləri, narkotiklərdən istifadə daxildir. Yaşlılarda isə bu faktorlara şəkərli diabet, arteraial hipertenziya və s. daxildir”.

Qeyd olunub ki, gənclər arasında insultla xəstələnmə göstəricisi aşağıdır.

Mütəxəssis bildirib ki, abortlar, kontraseptivlərdən, narkotiklərdən istifadə, zərərli vərdişlər, o cümlədən siqaretdən istifadə insult riskini artırır. İnsult keçirən qadın və kişilərdən hansının daha çox yaşaya biləcəyi onların risk amillərinin çox, yaxud az olmasından asılıdır. Kişilərdə risk amillərinin çox olması, zərərli vərdişlər, gərgin iş insultdan sonra onların reabilitasiyasına təsir göstərir. Beyin infarktı keçirən xəstələrdə beyin qansızması, yəni insult olan xəstələrə nisbətən yaşama riski yüksəkdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam