Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Keçən il Bakıda həkim yanında uşaq ölümü qeydə alınmayıb

 

 

"Ötən il Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693 600-dən artıq ümumi müraciət daxil olub"

 

Yenixeber.org: Bunu Stansiyanın Tibbi Yardım Stansiyası baş həkiminin Müalicə işləri üzrə müavini İradə Əliyeva keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, müraciətlərdən 63 300-dən çoxu xəstəxanalara yerləşdirilib: "Uşaqlar üçün edilən çağırışların sayı 83 000-dən, onlardan xəstəxanalara yerləşdirilənlər çağırışların sayı 12 500-dən artıq olub ki, bu rəqəmdə azalma qeydə alınıb. Stansiyada əvvəllər fəaliyyət göstərən pediatrik briqadalar bərpa olunduğundan keçən il həkim yanında uşaq ölümü olmayıb".

İ.Əliyeva qeyd edib ki, hesabat dövründə reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub: "Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150 325, hospitalizasiya 12 354, miokard infarktı ilə müraciətlərin sayı 865, hospitalizasiya 814-ə yaxın, insultla müraciətlətin sayı 3 728, hospitalizasiya 3 311 olub. Keçən illə müqayisədə miokard infarktı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə olunur". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam